Bazar ertəsi , 16 İyun 2025
Drone Cameras

11 evi qarət etmiş dəstə zərərsizləşdirildi

Sumqayıtda 11 evi qarət etmiş dəstə üzvləri zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini Elvin Nəsrullayevin ətrafında Sumqayıt ŞPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun həmyerliləri, əvvəllər məhkum olunmuş Hikmət Fərəcov, Həsən Mehdiyev, Qəmbər Məmmədov və Asim Abbasovla birgə oktyabrın 22-dən dekabrın 7-dək olan müddətdə şəhər ərazisindəki 11 evdən və 1 qarajdan təmir-tikinti alətləri, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində H.Fərəcov, H.Mehdiyev, Q.Məmmədov və A.Abbasov da tutulublar.

Check Also

Pakistan Baş nazirinin təyyarəsi Laçın Beynəlxalq Hava Limanına eniş edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 27-də Azərbaycan Respublikasına səfərə gəlib. Boyukmillet.com xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir