Çərşənbə , 1 May 2024

Dünya

Fələstinin ölkəmizdəki səfiri sosial xidmət müəssisəsindəki sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdülkərim Əbdürrəhman Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinə gələrək, burada yaşayan uşaqlarla görüşüb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Milli Məclisin deputatları Gövhər Baxşəliyeva, Adil Əliyev, “The World Communty” və digər qeyri-hökumət təşkilatlarının təmsilçiləri, incəsənət ustaları da iştirak ediblər. Əmək …

Read More »

Dünyanın 100-dən çox xəbər agentliyinin rəhbərləri Bakıya toplaşacaq

Azərbaycan noyabrın 16-18-də nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına – Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə keçiriləcək tədbirlərə dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 100-dən çox xəbər agentliyinin rəhbərləri …

Read More »

Gürcüstanın müdafiə naziri: “Hərbi təlimlər keçirmək Azərbaycanın daxili işidir”

“Gürcüstan tərəfi Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir. Bu, bizim üçün çox vacibdir”. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Gürcüstanın müdafiə naziri Levan İzoria deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə ilə əlaqələrin inkişaf vektorları da müəyyən olunub: “Biz bu istiqamətdə də fəaliyyətimizi davam etdiririk. Hazırda üçtərəfli əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması istiqamətində …

Read More »

Qurban Qurbanovun Qarabağ klubu ilə yubiley qələbəsi

Topaz Premyer Liqasının XI turunda “Zirə” üzərində 2:0 hesablı qələbə “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. AZƏRTAC “Qarabağ” futbol klubunun saytına istinadla xəbər verir ki, bu, Qarabağ klubunun Qurban Qurbanovun rəhbərliyi ilə 200-cü qələbəsi kimi tarixə düşüb. Qırx dörd yaşlı mütəxəssis 200-cü qələbəni 368-ci qarşılaşmada qeydə alıb. Bu qələbələrdən 151-i Premyer Liqa çərçivəsində əldə olunub. Digər 49 qələbədən …

Read More »

Dekabrın 6-da keçiriləcək hərraca 100 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dekabrın 6-da keçirilməsi nəzərdə tutulan yeni hərraca ümumilikdə 100 dövlət əmlakı çıxarılıb. Bunun 26-sı səhmdar cəmiyyəti, 50-si kiçik dövlət müəssisə və obyekti, 24-ü nəqliyyat vasitəsidir. Əmlaklar barədə elanlar və ətraflı məlumatlar komitənin özəlləşdirmə portalında (privatization.az) və rəsmi internet səhifəsində yerləşdirilib. Komitədən AZƏRTAC-a bildirilib ki, hərracda əmlak sahibi olmaq istəyən hər kəs iştirak edə bilər. Bunun …

Read More »

Rusiyada 5 bal gücündə zəlzələ baş verib

Oxot dənizində, Saxalin sahillərində 5 bal gücündə zəlzələ baş verib.“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Məlumata görə, zəlzələnin episentri Oxot dənizində, 490 kilometr dərinlikdə yerləşib.Zəlzələ yaşayış məntəqələrində hiss edilməyib.Dağıntı, tələfat və sunami təhlükəsi yoxdur.

Read More »

FTB Hillari Klintonun məktubları ilə bağlı açıqlama yayıb

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klintonun elektron poçtundakı yazışmalarda heç bir cinayət faktına rast gəlinməyib. “Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Federal Təhqiqat Bürosunun (FTB) direktoru Ceyms Kominin Konqresə göndərdiyi məktubda bildirilib. Məktubda bildirilib ki, H.Klintonun elektron poçtunda aparılan araşdıma başa çatıb və orada cinayət tərkibli heç bir yazı aşkar edilməyib. Məlumata görə, prezidentliyə namizəd FTB-nin bu məlumatını məmnuniyyətlə qarşılayıb. …

Read More »

Kür çayının aşağı axınında sululuq azalıb

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-220, Kiçik Qafqazın çaylarında 230-400, Lənkəran-Astara bölgəsi çaylarında isə 110-240 faizini təşkil edir. Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, noyabrın 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 205 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində …

Read More »

Azərbaycanda “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı işə başlayıb

Noyabrın 7-də paytaxtımızda “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı işə başlayıb. Konfrans Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə reallaşıb. Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”na …

Read More »

Messi “Barselona”nın heyətində 500-cü qolunu vurub

İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi çıxış etdiyi klubun heyətində 500-cü qolunu vurub. APA-nın məlumatına görə, bu, İspaniya çempionatının 11-ci turu çərçivəsində “Sevilya” ilə oyunda baş verib. Kataloniya klubunun heyətində 592-ci matçını keçirən L.Messi 43-cü dəqiqədə yubiley qoluna imza atıb. “Sevilya”nı səfərdə 2:1 hesabı ilə məğlub edən “Barselona” 25 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Read More »