Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

“Qan ver, həyat xilas et!” adlı qanvermə aksiyası keçirilib

Bu gün Dövlət İqtisad Universitetində (UNEC) müəllim, tələbə və əməkdaşlar arasında sosial məsuliyyətin təbliği, talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanların müalicəsinə dəstək olmaq məqsədilə “Qan ver, həyat xilas et!” adlı qanvermə aksiyası keçirilib.

UNEC-in marketinq və kommunikasiya departamentindən Trend-ə verilən məlumata görə, “1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü” çərçivəsində keçirilən aksiya UNEC, Mərkəzi Qan Bankı, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı, “Ulduz” şokolad fabrikinin sponsorluğu ilə baş tutub.

UNEC-in əsas tədris binasının tibb məntəqəsində təşkil olunan aksiyada universitetin tələbə-müəllim heyəti, eləcə də digər əməkdaşlar donor qismində iştirak ediblər.

Qanvermə aksiyası dekabrın 2-də UNEC-in 2-ci tədris binasında davam edəcək.

Check Also

Ryazana kütləvi dron hücumu sənaye obyektlərində yanğınlara səbəb olub

Rusiyanın Ryazan vilayətinə kütləvi dron hücumu nəticəsində bir nəfər yaralanıb, sənaye müəssisələrində yanğınlar baş verib …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir