Şənbə , 27 Aprel 2024

Dünya

Naxçıvanda bal festivalı keçiriləcək

Oktyabrın 15-16-da Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları – bal” festivalı keçiriləcək.“Report” xəbər verir ki, məlumatı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yayıb.Tədbirə muxtar respublikanın müxtəlif bölgələrindən 212 arıçı bal, arı südü, güləm, bəramum və digər məhsullar çıxaracaq. Festivalda münsiflər heyəti tərəfindən arıçılıq məhsullarının keyfiyyəti yoxlanılacaq və ilk üç yerə layiq görülən arıçılara qiymətli hədiyyələr veriləcək.Qeyd edək …

Read More »

Odessa vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili vilayətdə fövqəladə vəziyyət rejimi tətbiq edib. APA-nın xəbərinə görə, bu barədə M.Saakaşvili özünün “Feysbuk” səhifəsində yazıb. “Mənim qərarımla Odessa vilayətində təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət elan edilib. Güclü külək 3 nəfərin, o cümlədən 11 yaşlı uşağın ölümünə səbəb olub. Hazırda 100-dən çox yaşayış məntəqəsinin elektrik enerjisi kəsilib”, M.Saakaşvili yazıb. O qeyd edib ki, vilayət administrasiyasında …

Read More »

Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Sirlər xəzinəsi” kitabının təqdimatı keçirilib

Özbəkistanın Əlişer Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Sirlər xəzinəsi” kitabının təqdimatı keçirilib.Azərbaycanın Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzindən “Report”a verilən məlumata görə, “Maxzan ul-asror” adlanan kitabı orjinaldan özbək dilinə bu ölkənin xalq şairi Camal Kamal çevirib. Kitabın redaktoru filologiya elmləri doktoru Erqaş Oçilovdur.Ə.Nəvai adına Daşkənd Dövlət Özbək …

Read More »

Dəməşqdə Rusiya səfirliyinin yerləşdiyi ərazi yenidən atəşə tutulub

Suriyanın paytaxtı Dəməşqdə Rusiya Federasiyası səfirliyinin yerləşdiyi ərazi yenidən minaatanlardan atəşə tutulub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb. Atəş ekstremistlərin nəzarəti altında olan Cobar rayonu tərəfindən açılıb. “Minalardan biri diplomatik missiyanın xarici mühafizəsinin postu yaxınlığına, digəri konsulluq şöbəsinin girişinin yaxınlığına düşüb, iki mərmi isə …

Read More »

“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimatı keçirilib

AMEA Tarix İnstitutu tərəfindən nəşr olunan “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, təqdimat mərasimində çıxış edən Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, “Azərbaycan Respublikasının tarixi” ikicildliyi Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə sanballı töhfə, qiymətli hədiyyədir. O bildirib ki, müstəqil Azərbaycan dövləti mühüm tarixi hadisənin ildönümü ərəfəsindədir: “Bir neçə gündən sonra …

Read More »

Prezident Konstitusiyaya dəyişikliklərin qüvvəyə minməsi ilə əlaqədar hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam imzalayıb. APA-nın məlumatına görə, Nazirlər Kabineti tapşırılıb ki, altı ay müddətində referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının 1-29-cu hissələri …

Read More »

Los Ancelesdə Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş poçt markası buraxılıb

Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə, ABŞ-ın Los Anceles şəhərində müvafiq poçt markası buraxılıb. Bu barədə APA-ya Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib. ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan bayrağı əks etdirilib və Bakı şəhərinin müasir görünüşü fonunda “Azərbaycan: Müstəqilliyin 25 İlliyi (1991-2016)” sözləri yazılıb. Markanın buraxılması …

Read More »

Gürcüstanda azərbaycanlı deputatlığa namizədin tərəfdarları həbs edilib

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Polis İdarəsinin qarşısında aksiya keçirilir. APA-nın xəbərinə görə, aksiya ötən gecə rayonun Qızılhacılı kənd sakinlərinin saxlanılmasına etiraz olaraq təşkil edilib. Aksiyaya 300-ə yaxın şəxs qatılıb. Deputatlığa namizədlər Əhməd İmanquliyev, Azər Süleymanov, İsrafil Bayramov və Mahir Dərziyev də Polis İdarəsinin qarşısına gəliblər. Saxlanılan şəxslər barəsində cinayət işi başlandığı bildirilir. Ötən gecə Qızılhacılı kəndinin 6 sakini …

Read More »

Qənirə Paşayeva AŞPA-da Xocalı soyqırımından danışıb Böyüt

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında “Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq: konkret və genişlənmiş öhdəliyə doğru” adlı qətnamə layihəsi ətrafında müzakirələr aparılıb. APA-nın xəbərinə görə, müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva çıxış edib: “Bu qərar layihəsinin məqsədi soyqırımların, insanlıq əleyhinə cinayətlərin, müharibə cinayətlərinin qarşısını almaq, bunları törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaqdır. Mənim və mənim …

Read More »