Cümə , 10 May 2024

Dünya

Türkiyə Rusiyaya yeni səfir təyin edib

Hüseyin Lazip Diriöz Türkiyənin Rusiyadakı yeni səfiri təyin olunub.“Report” xəbər verir ki, bu barədə “Resmi Gazete” məlumat verib.60 yaşlı Hüseyin Lazip Diriöz ən təcrübəli türk diplomatlardan biri sayılır. O, 1978-ci ildən Xarici İşlər Nazirliyində çalışıb: əvvəlcə NATO Əməkdaşlıq Departamentinə rəhbərlik edib, ardından İctimaiyyətlə Əlaqələr və Media Departamentinin başçısı olub.H.L.Diriöz 2004-2008-ci illərdə Türkiyənin İordaniyadakı, 2013-cü ildən bəri isə Braziliyadakı səfir vəzifəsində …

Read More »

Bakıda üç nəfərin bank kartlarından oğurluq edilib

Bakının Səbail rayonunda 3 nəfərin bankomat kart hesablarından oğurluq edilib.  “Report”un məlumatına görə, Bakı şəhər sakinləri Vaqif Həsənov, Mətanət Quliyeva, Cəmilə Quliyevanın bankomat kartının hesabından müxtəlif məbləğdə pul oğurlanıb. Hüquq-mühafizə orqanları kart hesablarından oğurluq edən 21 yaşlı Novruz Hüseynovu saxlayıb. Faktla bağlı araşdırma aparılır.

Read More »

Azərbaycan parlamenti İranla imzalanan sazişi ratifikasiyaya çıxarıb

Milli Məclisin Aqrar siyasət Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan və İran hökumətləri arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.“Report”un verdiyi xəbərə görə, razılığa gələn tərəflərin bu sazişin həyata keçirilməsini təmin edən səlahiyyətli qurumları Azərbaycan və İranın Kənd Təsərrüfatı nazirlikləridir.Sənədə əsasən, tərəflər öz ərazisində karantin tətbiq edilən …

Read More »

Antoniu Qutyerreş BMT-nin yeni baş katibi seçilib

Antoniu Qutyerreş BMT-nin yeni baş katibi seçilib. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, BMT Baş Assambleyası oktyabrın 13-də təşkilatın yeni baş katibinin təyinatı məsələsinə baxıb və Antoniu Qutyerreşi bu posta təsdiqləyib.O, vəzifəsinin icrasına 2017-ci il yanvarın 1-dən başlayacaq və səlahiyyət müddəti 2021-ci il dekabrın 31-də başa çatacaq. Qeyd edək ki, ötən həftə Təhlükəsizlik Şurası Baş Assambleyaya 1 yanvar 2017-ci …

Read More »

Kaliforniyanın Qərbi Hollivud şəhərində 18 oktyabr Azərbaycanın Müstəqilliyi Günü elan olunub

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar ABŞ-ın Qərbi Hollivud şəhəri tərəfindən xüsusi bəyannamə qəbul edilib. Bəyannamədə 18 oktyabr tarixi Qərbi Hollivud şəhərində Azərbaycanın Müstəqillik Günü elan olunub. Bəyannamə şəhər meri Loren Meyster və Şəhər Şurasının üzvləri tərəfindən imzalanıb. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna təqdim olunmuş bəyannamədə bildirilir ki, Azərbaycan 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək demokratik respublika təsis …

Read More »

XİN: Rusiya Prezidentinin köməkçisinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlaması təəccüb və təəssüf doğurur

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar verdiyi açıqlama təəccüb və təəssüf doğurur. AZƏRTAC xəbər verir ki, bu fikir Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında yer alıb. H.Hacıyev qeyd edib ki, Y.Uşakov tərəfindən səsləndirilən bu açıqlama prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna və ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində status-kvonun qəbuledilməzliyi və qeyri-davamlılığı haqqında dəfələrlə verdikləri …

Read More »

Azay Quliyev Monteneqronun Prezidenti ilə görüşüb

Monteneqronun Prezidenti Filip Vuyanoviç Podqoriça şəhərində ATƏT PA Monteneqroda keçiriləcək parlament seçkilərinin müşahidə missiyasının rəhbəri, ATƏT PA-nın vitse prezidenti Azay Quliyev və ATƏT-in xüsusi əlaqələndiricisi Marqareta Sederfeltlə  görüşüb.   qhtxeber.az bildirir ki, bu haqda Prezident Vuyanoviç Adminstrasiyasının mətbuat xidməti və rəsmi saytı məlumat yayıb.    Məlumatda qeyd olunur ki, görüşdə Prezident Vuyanoviç ATƏT PA rəsmilərini Monteneqroda keçiriləcək seçkilərin azad, ədalətli …

Read More »

Azərbaycanda İsrail vətəndaşına qarşı 65 min dollarlıq dələduzluq edilib

Bakıda İsrail vətəndaşına qarşı dələduzluq edilib. Bu barədə APA-ya zərərçəkən İsrail vətəndaşı Ramil Rauf oğlu Bəşirzadə özü məlumat verib. Dövlətlərarası ticarətlə məşğul olduğunu qeyd edən R. Bəşirzadə Azərbaycandan İsrailə satmaq üçün fındıq aparmaq istəyib. Bu məqsədlə 2015-ci ildə Bakı şəhər sakini Natiq Abbas oğlu Abbasovla ticarət əlaqəsinə girib. Tərəflər arasında əldə olunmuş razılığa əsasən, R. Bəşirzadə N. Abbasova İsraildən bank …

Read More »

Siyəzəndə yol qəzası baş verib, bir ailənin üç üzvü xəsarət alıb

Siyəzən rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report”un Şimal bürosunun məlumatıəna görə, hadisə Bakı-Quba magistralının rayon ərazisindən keçən hissəində baş verib. Belə ki, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Mamed Sultan oğlu Kazımov idarə etdiyi “Nissan-Tida” markalı, 90-SD-656 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşın bir neçə dəfə çevrilərək aşıb. …

Read More »