Çərşənbə axşamı , 21 May 2024

Dünya

Antalyada partlayış törədilib

Türkiyənin turizm bölgələrindən olan Antalya vilayətində partlayış törədilib.APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, Kəmər rayonunda balıqçıların müvəqqəti yaşadığı binaya iki qumbaraatan mərmisi atılıb. Əraziyə xeyli təcili tibbi yardım maşını və xüsusi təyinatlı polis dəstəsi cəlb olunub. Polis əməkdaşları hava limanına çatan zaman daha bir partlayış səsi eşidilib. Ərazidə irimiqyaslı əməliyyat başlayıb.

Read More »

Balakən sakini hovuza yıxılaraq ölüb Böyüt

Balakən rayonunda bədbəxt hadisə baş verib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 12-də Balakən rayonunun Hənifə kənd sakini Elnur Şabanov kənd ərazisində işlədiyi kərpic zavodundakı hovuzda yuyunarkən yıxılaraq ölüb. Onun meyiti oktyabrın 13-də zavodun əməkdaşları tərəfindən aşkar edilib.Faktla bağlı araşdırma aparılır.

Read More »

Naxçıvanda media konfransı keçirilir

Naxçıvan Texniki Kollecində Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə “Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda regional konfrans keçirilir. APA-nın xəbərinə görə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin Rəhman Məmmədov konfransın Naxçıvanda keçirilməsinin vacibliyinə diqqət çəkib, dövlətin KİV-ə …

Read More »

Deputat Heydər Əliyevin səsinin telefon zənginə qoyulmasına və imzasının maşınların şüşəsinə vurulmasına etiraz edib

“Son vaxtlar dövlət himni və müəyyən ifadələrin müəyyən məbləğ müqabilində mobil telefonlara yüklənməsinin təklif edilməsi barədə mesajlar gəlir və bu, narahatlıq doğurur”. APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Elmira Axundova deyib. E. Axundova bəzi avtomobillərin arxa şüşələrinə Heydər Əlyievin imzasının həkk edildiyini söyləyib, bu kimi hallara son qoyulması üçün addımlar atılmasını istəyib: “Mənim Heydər …

Read More »

Lənkəran sakinindən silah-sursat götürülüb

Lənkaran sakinindən silah-sursat aşkar edilib.“Report”un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Seyfəddin Muradovdan “Makarov” tipli tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb. Araşdırmalar davam etdirilir.

Read More »

Sabah havanın temperaturu 4 dərəcəyədək aşağı düşəcək

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.“Report” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 14-16 dərəcə isti, Bakıda gecə 12-14, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət …

Read More »

Cahangir Novruzov Türkiyədə mükafata layiq görülüb

Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, Əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə “XVI Direklerarası Seyirci Ödülləri” teatr mükafatının qalibi olub. Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən bildirilib.Adanada keçirilən təqdimat mərasimində Əməkdar incəsənət xadiminə “Tiyatro için Emek Ödülü” mükafatı təqdim olunub. Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Canangir Novruzov bu mükafata Adana Teatrının inkişafındakı xidmətlərinə …

Read More »

Azərbaycanın sərbəst güləşçiləri “Qitələrarası Kubok”da yarışacaq

Bu gündən Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 8-ci “Qitələrarası Kubok” beynəlxalq turniri keçiriləcək.  “Report”un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 16-dək davam edəcək turnirdə Azərbaycan yığma komandasının məşqçilər korpusunun rəyinə əsasən 15 güləşçinin iştirakı planlaşdırılır. Məşqçilər Əsgərxan Novruzov və Zəlimxan Hüseynovun rəhbərliyi altında Xasavyurtda Pərviz İbrahimov (57 kq), Qalib Əliyev, Əli Rəhimzadə, Əhmədnəbi Qvarzatilov (hamısı 61 …

Read More »

Ərdoğanla dükançının maraqlı dialoqu – Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Baş nazir Binəli Yıldırım Ankarada İskitlər adlanan əraziyə səfər edib. Axar.az xəbər verir ki, Ərdoğan yerli sakinlərlə görüşüb, onların problemləri ilə maraqlanıb. Ən diqqət çəkən məqam isə Ərdoğanın dükançılardan biri ilə yaşanan dialoqu olub. Ərdoğanın sakinlərlə görüşündən bir hissəni təqdim edirik:

Read More »

Azərbaycanda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə hədə-qorxu gələnlər məsuliyyətə cəlb olunacaq

Azərbaycanda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gələn, onları təzyiqlərə məruz qoyan, maddi və ya mənəvi ziyan vuran, təhqir və təhdid edən, şərəf və ya ləyaqətini alçaldanlar qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunacaqlar. “Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Korrupsiyaya qarşı mübarizə haqqında” qanununa dəyişikliklər layihəsi …

Read More »