Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

İş adamlarına qarşı dələduzluqda təqsirləndirilən şəxsə 11 il həbs cəzası verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Arzuman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaqla müəyyən olunub ki, A.Əliyev iş adamı Rüfət Vəliyevi Nizami rayonunun ərazisində, Dövlət Neft Şirkətinin Hüquq Departamentində şöbə müdiri təyin etmək adı ilə ona məxsus külli miqdarda əmlakı ələ keçirib. Bundan başqa, o, həmin ilin yayında iş adamı Etibar Kərimovun etibarından istifadə edərək ona küllü miqdarda ziyan vurub. 2007-2008-ci illərdə təkrarən eyni məqsədlə iş adamları Nazim Tahirova və Elbrus Məmmədova məxsus küllü miqdarda əmlakı mənimsəyərək talan edib.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir