Bazar ertəsi , 2 Oktyabr 2023

Nazirlikdən “Twitter” açıqlaması

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Twitter”də yaranan problem mikrobloqlar şəbəkəsinin Azərbaycan seqmenti ilə əlaqəli deyil.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında, Bakı vaxtı ilə saat 10:07 radələrində “Twitter” mikrobloqlar şəbəkəsində qeydə alınan nasazlıq Azərbaycan seqmenti ilə əlaqəli deyil. Sosial şəbəkədə yaranan nasazlıq qlobal xarakter daşıyıb və dünyanın bir çox ölkələrini əhatə edib. www.twitter.com saytında qeydə alınan texniki fasilə ilə bağlı ayrı-ayrı ölkələrin istifadəçiləri tərəfindən yaradılmış “hashtag”lar top trend olub.

“Twitter”in istifadəçiləri sosial şəbəkənin işində kəsinti olduğu barədə məlumatları paylaşmaqda davam edir.

Məlumata görə, istifadəçilər mikrobloqlar xidmətinin heç bir səhifəsini aça bilmirlər.

Saat 10:15-dən etibarən xidmət yenidən əlçatan olub. “Twitter” rəhbərliyi bu barədə hələ ki heç bir məlumat verməyib.

Check Also

İSBAM sədri qazilərlə görüşüb – FOTOLAR

“Bu gün Şirvan şəhərində bir qrup qazilərimizlə görüşdüm”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Mia.az-a İctimai Siyasi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir