Bazar , 28 Aprel 2024

Dünya

Tbilisi “Dinamo”sunun baş məşqçisi istefaya göndərilib

Gürcüstanın “Dinamo” (Tbilisi) futbol komandasının baş məşqçisi Yuray Yarabek istefaya göndərilib. “Report”un məlumatına görə, slovakiyalı mütəxəssisin göndərilməsinə səbəb komandanın avrokuboklarda uğursuz çıxışıdır. Çempionlar Liqasının III təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasına məğlub olan (0:2, 0:1) Tiflis təmsilçisi Avropa Liqasının “pley-off” mərhələsində Yunanıstan PAOK-una da uduzaraq (0:3, 0:2), beynəlxalq turnirlərdə çıxışını dayandırıb. Komanda ölkə çempionatının Ağ qrupunda 6 turdan sonra 10 xalla 3-cü pillədə …

Read More »

Polis əməkdaşları Bakı sakinini intihar fikrindən daşındırıb

Bakıda 23 yaşlı oğlan intihara cəhd edib. “Report”un xəbərinə görə, Binə qəsəbəsində kirayə yaşayan 1993-cü il təvəllüdlü Həsən Cavadzadə intihar məqsədi ilə Nizami rayonu Ə.Hacıyev küçəsi ev 46 ünvanında yerləşən 16 mərtəbəli yeni tikilinin damından özünü atmaq istəyib. Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları dərhal hadisə yerinə cəlb olunub. Polislər H.Cavadzadə ilə söhbət apararaq onu intihar etmək fikrindən daşındırıblar. Faktla bağlı …

Read More »

Məzahir Pənahov: “MSK-ya səsvermə ilə bağlı hər hansı şikayət daxil olmayıb”

“Mərkəzi Seçki Komissiyasına səsvermə ilə bağlı hər hansı şikayət daxil olmayıb”. “Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədriMəzahir Pənahov Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilən ümumxalq səsverməsinin nəticələriilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, beynəlxalq müşahidə missiyaları səsvermənin gedişini müsbət qiymətləndiriblər: “Səsvermə yüksək səviyyə hazırlanıb və keçirilib. Biz dövlət orqanları ilə əməkdaşlıq edirik. Çünki seçkidə onların da …

Read More »

Vergilər Nazirliyi daha 74 nəfərin ölkədən çıxışına qadağa qoyub

 Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib. “Report” xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 43 nəfər artırılaraq 534-ə çatdırılıb. Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə 31 nəfər artıb və hazırda 359 fiziki şəxsin ölkədən çıxışına qadağa var. Ümumilikdə sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin …

Read More »

Zakir Həsənov Belarusun müdafiə naziri ilə görüşüb

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2016” İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun Bakıda rəsmi səfərdə olan Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüşdə Azərbaycanla Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, qarşılıqlı təcrübə mübadiləsi və …

Read More »

Bakı “İnter”inə FİFA tərəfindən qoyulan transfer qadağası cəzası yerinə yetirilib

Bakının “İnter” futbol klubunun növbəti iki transfer dövründə yeni futbolçu qeydiyatına qadağa qoyulub. “Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə AFFA İntizam Komitəsinin iclasında FİFA-nın sentyabrın 6-da ünvanladığı məktuba əsasən qərar çıxarılıb.  AFFA-ya göndərilmiş həmin məktubda FİFA-nın Nizam-İntizam Komitəsinin “İnter” haqqında mayın 26-da qərar qəbul edildiyi göstərilib. “İnter”in keçmiş futbolçusu Yohan Bokonyano ilə bağladığı müqavilənin şərtlərinə əməl etməməsi səbəbindən növbəti iki transfer dövründə …

Read More »

Minskdə Azərbaycan mədəniyyət bayramı keçiriləcək

Oktyabrın 1-də Minskdə Azərbaycan mədəniyyət bayramı keçiriləcək. “Report” “Belnovosti” portalına istinadən xəbər verir ki, tədbirin təşkilatçıları Belarusda Azərbaycan İcmaları Konqresi, Milli Mədəniyyətlərin Respublika Mərkəzi və Minsk Şəhər İcraiyyə Komitəsidir. Tədbirin təşkilatçılarının sözlərinə görə, Minskin qonaqları və sakinlərini zəngin mədəniyyət və əyləncə proqramı gözləyir. Belə ki, “Sarı gəlin”, “Qafqazın əfsanələri” rəqs qrupları izləyənləri Azərbaycan ənənələri ilə tanış edəcək. Bundan əlavə, müğənnilər …

Read More »

Şəmkir sakini döyüldükdən bir gün sonra ölüb

Şəmkir sakini döyülərək öldürülüb.  Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, sentyabrın 25-də Şəmkir rayonunun Keçili kəndindən kənd sakini Qabil Qarayev boyun fəqərələrinin sınığı ilə xəstəxanaya gətirilib. Q.Qarayev ehtiyatsızlığı nəticəsində yıxılmasını bildirib və ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb. O, sentyabrın 26-da evində ölüb.  Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı Q.Qarayevin yaşadığı kənd ərazisində keçirilən toyda …

Read More »

Növbəti açıq hərracda 16 dövlət obyekti özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti açıq hərrac keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, hərracda 16 dövlət obyekti özəlləşdirilib. Bu obyektlərdən 3-ü səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30%-lik hissəsi, 13-ü isə kiçik dövlət müəssisə və obyektidir. Özəlləşdirilən səhmdar cəmiyyətləri məişət, pambıqçılıq və kənd təsərrüfatı mallarının emalı sahələrinə aiddir. Özəlləşdirilmiş 13 kiçik dövlət müəssisə və obyektlərinin 4-ü Bakıda, 9-u …

Read More »

Ermənistan parlamenti hökumətin yeni strukturu barədə qanunu qəbul edib

Ermənistan parlamenti növbədənkənar iclasında “Ermənistan hökumətinin strukturu haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda qəbul edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, düzəlişlərə əsasən bəzi nazirlik və qurumlar ciddi struktur dəyişikliklərinə məruz qalacaq. Belə ki, 4 nazirlik yenidən təşkil olunacaq.

Read More »