Cümə , 13 Sentyabr 2024
Drone Cameras

İsmayıllı rayonunda torpaq sürüşməsi baş verib, 80-ə yaxın evə təhlükə yaranıb

 İsmayıllı rayonunun Diyallı və Sədiyan kəndlərində baş verən torpaq sürüşməsi nəticəsində yaşayış məntəqələrində təhlükəli vəziyyət yaranıb.

“Report”un Şirvan bürosunun xəbərinə görə, güclü yağış nəticəsində yaranan və təxminən 1 həftədir davam edən sürüşmə son iki gündə daha da aktivləşib.

Sədiyan kəndində 5 ev, Diyallı kəndində isə 70-ə yaxın ev sürüşmənin aktiv olduğu ərazidə yerləşir. Sürüşmə nəticəsində Sədiyan kəndində dərinliyi 1,5 metr, eni 3 metr olmaqla təxminən 300 metr uzunluğunda yarğan əmələ gəlib.

Yaranan yarğan kənd sakini Ağalı Əliyevin həyətyanı sahəsinə doğru genişlənib və təsərrüfat tikilisinə böyük ziyan vurub, yaşadığı mənzilə isə təhlükə yaranıb. 

İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasından “Report”a verilən məlumata əsasən, əraziyə aidiyyəti orqanlar tərəfindən baxış keçirilib və bir evin sakinlərinin təxliyyə olunmasına qərar verilib.

Check Also

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir