Bazar , 12 May 2024

Dünya

Neftin qiyməti 20 dollardan aşağı düşə bilər

Neftin qiyməti 20 dollardan aşağı düşə bilər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Venesuelanın neft və dağ mədəni sənayesi naziri Euloxio del Pino deyib. Onun sözlərinə görə, əgər neft hasil edən ölkələr Əlcəzairdə keçiriləcək görüşdə bazarın sabitləşdirilməsi üzrə hər hansı razılığa gəlməzlərsə, bu baş verəcək. Əlcəzairdəki görüş sentyabrın 26-28-da keçiriləcək.

Read More »

ABŞ-da Hillari Klinton və Donald Tramp arasında ilk teledebat keçirilib

Birləşmiş Ştatlarda Demokratik və Respublika partiyalarından prezidentliyə namizədlər Hillari Klinton və Donald Tramp arasında ilk teledebat keçirilib. Teledebat Nyu-York ştatının Hempsted qəsəbəsində yerləşən Hofstra Universitetində baş tutub. Namizədlər ölkənin sosiali-iqtisadi problemlərini müzakirə edib və beynəlxalq münasibətlərə, təhlükəsizlik məsələlərinə, həmçinin ABŞ-ın xarici siyasətinə xüsusi diqqət yetiriblər. Klintonu Şimali Amerika azad ticarət zonası layihəsinin reallaşdırılmasında ittiham edən Tramp qəbuledilməz olan “Kanada, ABŞ, …

Read More »

Bağdadda baş verən partlayış nəticəsində 9 nəfər ölüb

İraqın paytaxtı Bağdadda baş verən partlayış nəticəsində 9 nəfər ölüb, 30 nəfər isə yaralanıb. Bu barədə Reuters agentliyi yerli polis orqanlarına istinadla məlumat yayıb. AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Hadisə Bağdadın şərqindəki əl-Djadida rayonunda baş verib. Hazırda bölgədə fəaliyyət göstərən terror qruplaşmalarından heç biri partlayışın məsuliyyətini öz üzərinə götürməyib. İraqın Al Sumaria telekanalı, həmçinin …

Read More »

Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi yolları müzakirə olunacaq

Sentyabrın 29-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi yolları müzakirə olunacaq. İSİM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə tütünlə mübarizəyə dair qanunvericiliyinin gücləndirilməsi sahəsində müvafiq işlərin istiqamətləndirilməsi üçün Texniki Məsləhətçi Qrupunun (TMQ) yaradılması nəzərdə tutulub. TMQ tütünlə mübarizə haqqında Dünya Səhiyyə Təşkilatının (DST) Çərçivə Konvensiyasına dair Azərbaycanın öhdəlikləri və beynəlxalq təcrübə əsasında qanunvericiliyin təkmilləşdirilməsi üçün …

Read More »

Özbəkistanin “İstoriya Turana” jurnalında Azərbaycanla bağlı məqalələr dərc edilib

Özbəkistanın “Turan” Akademiyasının “İstoriya Turana” jurnalında Azərbaycanla bağlı məqalələr dərc edilib. Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetinin professoru, Turan Akademiyasının akademiki, soydaşımız Səxavət Ociyevin “Bakıda keçirilən birinci Türkoloji Qurultayda Özbəkistan nümayəndələri haqqında” adlı məqaləsində bildirilir ki, 1926-cı il fevralın 26-da Bakıda keçirilən qurultayda Özbəkistandan 13 alim iştirak edib. Sonra müəllif onların bu sahədəki həyat və fəaliyyəti haqqında danışır, alimlərin əsərləri …

Read More »

“Şakro”nun klanından olan “vor” Taleh Dağlıyev narkotiklə tutuldu

Dünən, sentyabrın 26-da Moskvadakı “Naş dvor” restoranında “Tolik Noqinski” ləqəbli azərbaycanlı “vor zakon” Taleh Dağlıyev həbs olunub. Virtualaz.org bildirir ki, Rusiya DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyatçıları tərəfindən həbs olunan 32 yaşlı Taleh Dağlıyevin üzərindən xalq arasında “spays” kimi tanınan narkotik tapılıb. Narkotik maddənin şəxsi istifadə miqdarından artıq olduğu bildirilir və bu maddə ilə Toliki 3 ildən 10 ilə qədər həbs …

Read More »

Sumqayıt şəhərinin gəncləri arasında peyntbol çempionatı keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Fərid Salahovun fərdi layihəsi əsasında Sumqayıt şəhərinin gəncləri arasında peyntbol idman növü üzrə çempionat keçiriləcək. AZƏRTAC xəbər verir ki, çempionatda Sumqayıt şəhərində fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatlarını təmsil edən komandalar iştirak edə bilərlər. Turnirdə iştirak üçün yaş həddi 18-29 yaşdır. Turnir 8 komandanı əhatə edəcək. Komandaların seçimi təşkilat komitəsi tərəfindən aparılacaq. …

Read More »

Kolumbiya: 50 illik müharibə sülhlə başa çatdı

Kolumbiya prezidenti Xuan Manuel Santos və “Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” (FARC) adlandırılan üsyançı qruplaşmanın başçısı Rodriqo Londonyo Eçeverri ölkədə vətəndaş müharibəsinin başa çatması və sülhün bəyan olunması barədə sazişə imza atıblar. Saziş patrondan hazırlanmış qələmlə imzalanıb. AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Kartaxena şəhərində keçirilən təntənəli mərasimdə minlərlə insan, o cümlədən Latın Amerikasında yerləşən 15 dövlətin başçısı və BMT nümayəndələri …

Read More »

Bakıda “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, mərasimdə dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların təmsilçiləri, bir neçə ölkənin müdafiə naziri və müxtəlif ölkələrin nazirliklərinin nümayəndələri iştirak edirlər. Tədbirdə Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxudu. Müdafiə sənayesi naziri Yavər …

Read More »