Şənbə , 22 Mart 2025
Drone Cameras

Ruandanın sonuncu kralı sürgündə vəfat edib

 Ruandanın sonuncu kralı V Kiqeli 81 yaşında ABŞ-da vəfat edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, son illər ABŞ-ın Virciniya ştatında müavinət hesabına yaşayıb.

Qeyd edək ki, əsl adı Jan-Batist Ndaxindurva olan sabiq kral 1959-cu ildə qardaşı öləndən sonra taxt-taca yiyələnib. 1960-cı ildə hakimiyyəti devrilib və ölkədən qaçıb. Bir il sonra Ruandada monarxiya ləğv edilib və ölkə respublika elan olunub.

Sürgündə yaşayan kral V Kiqelinin hakimiyyətə qayıtmaq cəhdi uğursuzluğa uğrayıb. O, 20 il ərzində Afrikanın müxtəlif ölkələrində yaşayıb. Nəhayət, ABŞ-da məskunlaşıb. Keçmiş monarx Ruanda qaçqınlarına yardım məqsədi ilə V Kiqeli Xeyriyyə Fondu yaratmışdı. O, ölkəsindən sürgün edildikdən sonra heç vaxt Ruandaya qayıtmaq istədiyini deməyib və vətənində törədilən soyqırımı da heç vaxt dilinə gətirməyib.

Check Also

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir