Cümə axşamı , 25 Aprel 2024

Dünya

Bakıda 2 marşrut xəttində dəyişiklik edildi

Paytaxtda 2 marşrut xəttində müvəqqəti dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu gün səhər saat 10-dan etibarən aparılan tikinti işləri ilə əlaqədar olaraq, Zığ yolu, Hatəm Allahverdiyev küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Təmir işləri aparıldığı müddətdə ətraf ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyatdan rahat istifadə etmələri, sərnişin avtobuslarının təhüləsiz və maneəsiz hərəkətini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi …

Read More »

Binəqədidə yanan bina ilə bağlı məhkəmədə ifadələr dinlənilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, prosesdə ifadə verən şahid Hacıbaba Əkbərov bildirib ki, 2012-2014-cü illərdə Binəqədi rayon İcra Hakimiyyətində böyük məsləhətçi və memar vəzifəsində çalışıb: “Mən vəzifəyə gələndə artıq üzlənmə işlərinə başlanılmışdı. İcra Hakimiyyətinin sərəncamında olan …

Read More »

Daşkənddə Yunus Oğuzun “Sultan Alp Arslan” romanının təqdimatı olub

Daşkənddə Azərbaycanın tanınmış yazıçısı Yunus Oğuzun “Sultan Alp Arslan” romanının təqdimatı olub. Trend-in məlumatına görə, Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənddəki “Kitab aləmi” Ticarət və İnformasiya Cəmiyyətində (TİC) yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun özbək dilində çap edilən “Sultan Alp Arslan” romanının təqdimatı keçirilib. Tədbirdə Özbəkistanın elm, …

Read More »

Ramazan Abdulatipov: Azərbaycan və Dağıstan razılığa gəliblər

Azərbaycan və Dağıstan ticarət və kənd təsərrüfatı sahələrində bir sıra layihələr həyata keçirmək barədə razılığa gəliblər. Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Dağıstan Prezidenti Ramazan Abdulatipov “Dağıstanın qızıl payızı” adlı aqrar forumda deyib. Dövlət başçısı qeyd edib: “Azərbaycan tərəfi ilə gələn ilin martına Xaçmazda Dağıstan məhsullarının satılacağı iri mağazanın, eləcə də Dərbənddə bu cür mağazanın açılması ilə bağlı …

Read More »

“Antalya Ekspo 2016” sərgisində Azərbaycan pavilyonu birinci yer tutub

Türkiyənin Antalya şəhərində keçirilən və oktyabrın 30-da başa çatan “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisindəki Azərbaycan pavilyonu birinci yer qazanıb. Azərbaycan pavilyonu birinciliyi eksteryer və interyer bağçası nominasiyasında əldə edib. Heydər Əliyev Mərkəzindən Trend-ə verilən məlumata görə, bu kateqoriyada birinci yeri Azərbaycanla yanaşı, Çin, Almaniya, Cənubi Koreya, Qətər, Tailand və Yaponiya pavilyonları da qazanıb. Qeyd edək ki, “Antalya Ekspo 2016″da …

Read More »

Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Azərbaycanda səfərdə olan Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Maya Fəxri xiyabanı ziyarət edib.“Report”un məlumatına görə, R.Maya ümumilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub. Görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri həmçinin Şəhidlər xiyabanı da ziyarət edib, Əbədi məşəl kompleksi qarşısına əklil qoyub.R.Maya jurnalistlərə açıqlamasında …

Read More »

Azərbaycan müdafiə naziri hərbi hissələrin şəxsi heyətlə iş üzrə zabitləri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, qoşun qisimləri və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyətlə iş üzrə zabit heyətinin nümayəndələri ilə görüşüb.Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Tədbirin əhəmiyyətini vurğulayan müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı ətraflı təhlil apararaq bu istiqamətdə fəaliyyətlərin daha da yüksək …

Read More »

Nazirlik əməkdaşı ehtiyatsızlıqdan güllə yarası alıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Saatlı rayon ərazi şöbəsinin məsləhətçi-müfəttişi ehtiyatsızlıqdan güllə yarası alıb. “Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, oktyabrın 30-da nazirlyin əməkdaşı Kərim Səlimov ov tüfəngi ilə ehtiyatsız davranıb və açılan atəşdən xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən hadisə yerindən “İJ-27” …

Read More »

Müdafiə Nazirliyi xəbərdarlıq etdi

Erməni tərəfi minaatanlardan da istifadə etməklə cəbhədə vəziyyəti gərginləşdirirMüdafiə Nazirliyi bildirir ki, oktyabrın 30-da axşam saatlarından başlayaraq erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin «AQS-17» tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub. Qəti cavab tədbirləri nəticəsində düşmən susdurulub. Müdafiə Nazirliyi bir daha xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün …

Read More »

Kərkükdəki son durumla bağlı toplantı keçiriləcək

Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Azərbaycan Turan Ocağı (ATO) Kərkükdəki son durumla bağlı toplantı keçirəcək. Toplantıda Türkiyədən qonaqlarla yanaşı, Avropadan və Rusiyadan diaspor nümayəndələri iştirak edəcək. Arzu edənlər və KİV nümayəndələri dəvətlidir.  Tarix: 29 oktyabr, saat: 13:00Ünvan: Bakı ş., Xəqani küç.89, BDM-in ofisiƏlaqə: (055) 909 54 40

Read More »