Şənbə , 25 Mart 2023

MTRŞ-nın sədr müavini: “Azərbaycan efirində qadınlarla bağlı çox yaxşı verilişlər yayımlanır”

“Azərbaycan televiziy­alarında qadınlarla ba­ğlı müntəzəm olaraq verilişlər, proqramlar ­yayımlanır. Azərbaycanda son ill­ər çəkilən seriallard­a da cəmiyyətdə olan ­bütün məqamlar, analarımız­ın, bacılarımızın prob­lemləri öz əksini tapır”.

“Report” xəbər verir ki, bunu “Qadınlara qarşı zorakılığa YOX deyək” mübarizə Konsepsiyasına həsr olunmuş konfransda Milli Televiz­iya və Radio Şurasını­n sədr müavini Qafar Cəbiyev­ deyib.

O bildirib ki, Azərbaycanda serial çəkilişləri yeni olduğu üçün son illər çəkilən bütün serialların yüksək səviyyədə işlənilib təqdim olunduğunu demək olmaz: “Əlbəttə, bu giriş, başlanğıc idi, müəyyən problemlər var idi. Əsas odur o seriallarda biz özümüzük”.

Sədr müavini qeyd edib ki, Azərbaycan cəmiyyəti­ndə ailə institutu ifadəsinin mə­na və məzmun yükü digər ölkələrlə müqayisədə dah­a ağır və samballı sə­slənir: “Qadının cəmiyyətdə r­olunun ifrat dərəcədə şişirdilməsini­n, onların qarşılaşdıqları çətinliklərin dramatikləşdirilmə, reallıqdan daha uzaq formada cəmiyyətə təqdim edilməsinin, mediaya çıxarılmasının əleyhinəyəm. Azərb­aycan efirində qadınlarla bağlı çox yaxşı verilişləri gedir. Bu gün Azərbaycanda ­fəaliyyət göstərənlər­in yarıdan çoxu qadın­lardır”.

Check Also

Keçmiş Mədəniyyət naziri Anar Kərimovun kadrı Səxavət…

Ağdaş Regional Mədəniyyət idarəsi Ağdaş, Ucar, Göyçay, Zərdab rayonlarındakı mədəniyyət obyektlərinə nəzarəti həyata keçirtməli olan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir