Cümə axşamı , 12 Dekabr 2024
Drone Cameras

“The Algemeiner”: Soyqırımından salamat qalanların nəsli: Auşvitsdən Xocalıya qədər

ABŞ-da nəşr olunan, yəhudilərə məxsus “The Algemeiner” qəzetində amerikalı ravvin və “Xocalı: bəşəriyyət əleyhinə cinayət” kitabının müəllifi İzrail Barukun “Soyqırımından salamat qalanların nəsli: Auşvitsdən Xocalıya qədər” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə İkinci Dünya və Qarabağ müharibələrinin odundan-alovundan keçmiş iki azərbaycanlının taleyindən danışılır.

İ.Baruk Xocalı soyqırımından salamat çıxmış 32 yaşlı azərbaycanlı Anar Usubovdan yazaraq qeyd edir ki, Anarın babası Şahhüseyn İkinci Dünya müharibəsində Sovet Ordusu sıralarında nasistlərə qarşı döyüşüb, amma əsir alınaraq Auşvits həbs düşərgəsinə göndərilib. Burada əsir müsəlmanları yəhudilərdən ayırıblar. Şahhüseyn yəhudi əsirlərin sağ qalmasına kömək etmək üçün onlara ərəb dilində Quran oxumağı öyrədirmiş, çünki almanlar müsəlman hərbi əsirlər arasında gizlənən yəhudiləri tapmaq üçün onların Quranı bilib-bilməməsindən istifadə edirlərmiş. Sonunda almanlar Şahhüseynin hərəkətindən xəbər tutub, onu amansızcasına döyüblər.

Müəllif qeyd edir ki, Şahhüseynin qəhrəmanlığı bir çox yəhudini xilas edib. Amma o, ağlına gətirməzdi ki, ölümündən sonra eyni hadisələr nəvəsinin başına gələ bilər. Erməni silahlı birləşmələri 1992-ci ilin fevralında Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı dəhşətli soyqırımı törədiblər. Nəticədə qocalar, qadınlar və uşaqlar, o cümlədən Anarın ailəsinin böyük hissəsi həlak olub. İ.Baruk sonda yazır ki, Anarın babasının Auşvits əsir düşərgəsində çoxlu yəhudini xilas etməsi və yəhudi icmasının Xocalı soyqırımından salamat qalan azərbaycanlılarla işləməsi faktı insan təbiətinə xas olan alicənablıq hissindən xəbər verir.

 

AZƏRTAC

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir