Dünya

Sabah ölkə ərazisində yağmurlu hava olacaq

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 6-8° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Bakıda gecə 6-8° isti, gündüz …

Read More »

Prezident İlham Əliyev: Azərbaycan-Rusiya regionlararası forumları strateji əməkdaşlığın möhkəmlənməsinə müsbət töhfəsini verir

Sıra ilə həm Azərbaycanda, həm Rusiyada keçirilən Azərbaycan-Rusiya regionlararası forumları strateji əməkdaşlığın möhkəmlənməsinə müsbət töhfəsini verir və ölkələrimiz arasında səmərəli əməkdaşlığın inkişaf etməsinə səbəb olur. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Bakıda öz işinə başlamış VII Azərbaycan-Rusiya regionlararası forumun iştirakçılarına ünvanladığı müraciətində deyilir. Müraciəti Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov səsləndirib. Müraciətdə deyilir: “Hamını Bakı şəhərində …

Read More »

Bakıda Azərbaycan-Rusiya regionlararası forumu başlayıb

Bakıda sayca 7-ci Azərbaycan-Rusiya regionlararası forumu başlayıb.“Report” xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin forum iştirakçılarına ünvanlanmış məktubları oxunacaq.Bundan sonra Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin, Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulskinin, Rusiya və Azərbaycan səfirlərinin, Xaçmaz və Nərimanov rayonlarının icra hakimiyyəti başçılarının çıxışı planlaşdırılır.Forumda dəyirmi masalar çərçivəsində müzakirələr aparılması planlaşdırılır. Müzakirələrdə Rusiya …

Read More »

Erməni silahlı bölmələri oktyabr ayında atəşkəs rejimini 628 dəfə pozub

Erməni silahlı bölmələri oktyabr ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 628 dəfə pozub. “Report”un xəbərinə görə, atəşkəs rejimi ən çox oktyabrın 31-də pozulub. Həmin gün erməni silahlı bölmələri atəşkəsi 45 dəfə pozub. Oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın mövqelərini atəşə tutması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub. …

Read More »

BDM-dən qeyri-adi aksiya

Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ilə bağlı Belarusda silsilə tədbirlər keçirərək Azərbaycana qayıdan Beynəlxalq Diasporu Minsk Beynəlxalq Hava Limanında maraqlı bir aksiya həyata keçirib. “OLAYLAR”-ın xəbərinə görə, hava limanının gözlımə zalında əyləşən sərnişinlərə Azərbaycan haqqında məlumatların əks olunduğu broşürlər, kitabçalar paylanılıb. Ümumilikdə, 100-dən artıq bu kimi maarifləndirici xarakter daşıyan materiallar hava limanında sərnişinlərə paylanılıb.  BDM-in bu aksiyası sərnişinlər tərəfindən maraqla …

Read More »

DAK Rəsulzadə ilə görüş keçirib

Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) qərargahında xalqımızın böyük şəxsiyyətlərindən biri Məmmədəmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin 70 illik yubileyi münasibətilə görüş keçirilib. Görüşdə DAK həmsədri, xalq şairi Sabir Rüstəmxanlı Rəsulzadənin keçdiyi ömür yolu haqqında danışaraq, Azərbaycana etdiyi müstəsna xidmətləri xalqımızın unutmayacağını qeyd edib. Rəsulzadənin yadigarı olan Rəis bəyi təbrik edərək, onun bu ölkədə babasının xidmətlərinə görə daim qürurla addımlamağa haqqı …

Read More »

Moldovada prezident seçkilərinin liderləri məlum olub

Xəbər verildiyi kimi, oktyabrın 30-da Moldovada ilk dəfə birbaşa prezident seçkiləri keçirilib. AZƏRTAC Moldova KİV-lərinə istinadla bildirir ki, Moldova Mərkəzi Seçki Komissiyası səsvermə bülletenlərinin 98 faizini işləyib. Məlum olub ki, İqor Dodon 48,72 faiz, Mayya Sandu isə 37,94 faiz səs toplayıb. Əgər namizədlərdən heç biri seçicilərin ən azı yarısının səsini toplamasa, iki həftədən sonra seçkilərin ikinci turu keçiriləcək. Həmin turda …

Read More »

Çində 500 il bundan əvvəl dəfn olunmuş qadın cəsədi tapılıb

Çinin Hubey əyalətində 500 il bundan əvvəl dəfn olunmuş qadın cəsədi tapılıb. Maraqlıdır ki, onun saçı, qaşları və üzü olduğu kimi qalıb. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Ming xanədanlığı dövrünə aid olan cəsədlə bərabər iki yorğan, bir yastıq və 20-yə qədər ipək paltar aşkarlanıb. Mütəxəssislərin fikrincə, cəsədin zərər görməsinin qarşısını məhz ipək paltarlar alıb. Cəsədin saç və dişlərindən …

Read More »

Türkiyənin keçmiş maliyyə nazirinin oğlu barəsində cinayət işi açılıb

Türkiyənin keçmiş maliyyə naziri Ekrem Pakdemirlinin oğlu professor Mehmet Pakdemirli və xanımı dosent, Mefkure Nur Pakdemirli Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinirlər. “Report” “Milliyet”ə istinadən xəbər verir ki, M.Pakdemirli tutduğu vəzifədən azad edildikdən sonra FETÖ ilə bağlı cinayət işi çərçivəsində istintaqa cəlb edilib və barəsində cinayət işi açılıb.  M.Pakdemirli Manisa şəhərindəki Cəlal Bayar Universitetində rektor, həyat yoldaşı isə müəllim işləyib. …

Read More »

Mosulda İŞİD komandirlərinin gizli görüşü zamanı güclü partlayış olub

İraqın Mosul şəhərinin mərkəzində İŞİD terror qruplaşmasının komandirlərinin görüşü zamanı güclü partlayış baş verib. Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir. Mosulun yerləşdiyi Naynava vilayətindən olan mənbənin “Al Sumaria” telekanalına verdiyi məlumata görə, yerli sakinlər partlayış nəticəsində terror qruplaşmasının bir sıra komandirlərinin, o cümlədən İŞİD lideri Əbu Bəkr əl-Bağdadi ilə birbaşa bağlı olan elit batalyon komandirlərinin öldüyünü bildiriblər. Partlayışın …

Read More »