Şənbə , 18 May 2024

Dünya

İslam Əməkdaşlıq Təşkilatının baş katibi istefa verib

AZƏRTAC Beynəlxalq İslam Xəbərlər Agentliyinə (İİNA) istinadla xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Əmin Mədəni vəzifəsindən istefa verib. O, bunu səhhətindəki problemlə bağlayıb. Saytın bildirdiyinə görə, onun yerinə Səudiyyə Ərəbistanı Krallığının sabiq sosial işlər üzrə naziri Yusuf bin Əhməd Əl-Əsimeynin namizədliyi irəli sürülüb.

Read More »

Mikayıl Cabbarov: Cari ildə tələbələrin sayı 160 minə çatıb

Hazırda ali təhsil müəssisələrinin sayı 51-ə, tələbələrin sayı isə 160 minə çatıb. Bu il ali təhsil müəssisələrinə qəbul olunanlar 1990-cı illə müqayisədə iki dəfədən çoxdur. AZƏRTAC xəbər verir ki, bu sözləri təhsil naziri Mikayıl Cabbarov ikinci Azərbaycan Elm Festivalının açılış mərasimindəki çıxışında deyib. Nazir diqqətə çatdırıb ki, hazırda ölkəmizin müxtəlif universitet və elmi təşkilatlarında 33 min nəfər elmi tədqiqatla məşğul olur. …

Read More »

Ölkəmiz “Digər fəza” adlı V Beynəlxalq Aktual Musiqi Festivalında təmsil olunacaq

Noyabrın 2-dən 6-dək Moskva Dövlət Akademik Filarmoniyasında Rusiyanın ən böyük müasir musiqi forumlarından olan “Digər fəza” adlı V Beynəlxalq Aktual Musiqi Festivalı keçiriləcək. Festivalda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə və təşkilati dəstəyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri təmsil edəcək. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, noyabrın 5-də təşkil olunacaq konsert proqramında Azərbaycanın görkəmli bəstəkarı, professor Fərəc Qarayevin “Serenada”, alman …

Read More »

Azarkeşi döyən futbolçu “Neftçi”dən getdi, 5 oyunçu əvəzedici heyətə göndərildi

“Neftçi” PFK rumıniyalı futbolçu Katalin Tira ilə müqaviləyə xitam verib. Trend-in kluba istinadən verdiyi məlumata görə, bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub. Klubun icraçı direktoru Orxan Hüseynzadə bununla bağlı açıqlama verib: “Biz Katalin Tira ilə müqaviləyə qarşılıqlı razılıq əsasında təzminat ödəmədən xitam verdik. Sabah ona aylıq məvacib ödəniləcək və tərəflərin bir-birinə heç bir borcu qalmayacaq”. Bundan başqa, …

Read More »

Azərbaycan Çindən tut ağacı tingləri alır

Noyabrın 25-27-də Çindən Azərbaycana 1,5 mln. ədəd tut ağacı tingi gətiriləcək. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. Onun sözlərinə görə, bu addım ölkədə baramaçılığın inkişafı üçün atılır: “Tender elan etmişdik və Çin şirkəti qalib olub. Son nəticədə onlardan 1,5 mln. tut ağacı tingi alacağıq”. H.Əsədov qeyri-neft sektorunun digər aparıcı sahəsi – pambıqçılıq barədə də danışıb və …

Read More »

Bu gün UEFA Çempionlar Liqası turnirinin qrup mərhələsinin növbəti oyunları keçiriləcək

Bu gün UEFA Çempionlar Liqası turnirinin qrup mərhələsinin növbəti oyunları keçiriləcək. Trend-in məlumatına görə, ilk oyun günündə A, B, C və Dqruplarının komandaları meydana çıxacaqlar. Keçiriləcək oyunlar bunlardı: A qrupu: “Bazel” (İsveçrə) – “PSJ” (Fransa) “Ludoqorets” (Bolqarıstan) – “Arsenal” (İngiltərə) B qrupu: “Beşiktaş” (Türkiyə) – “Napoli” (İtaliya) “Benfika” (Portuqaliya) – “Dinamo Kiyev” (Ukrayna) C qrupu: “Borussia Mönchengladbach” (Almaniya) – “Seltik” (Şotlandiya) “Mançester Siti” (İngiltərə) – …

Read More »

KİV: İraq ordusu Mosul şəhərinə daxil olub

İraqın hökumət qüvvələri Mosul şəhərinə hücumları bərpa edib. “Əl-Ərəbiyyə” telekanalının məlumatına əsasən, ordu şərq istiqamətdən şəhərə daxil olub. AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Mosulun İŞİD yaraqlılarından təmizlənməsi uğrunda əməliyyat oktyabrın 17-dən başlayıb. Əməliyyatlarda hökumət qüvvələri, kürd silahlı birləşmələri – “Peşmərgə” və ABŞ-ın başçılığı ilə beynəlxalq koalisiya iştirak edir. Hərbi əməliyyatların yenidən aktivləşməsi əhalinin şəhəri tərk etməsi prosesini sürətləndirib.

Read More »

Əli Həsənov: Bu gün Azərbaycan-Rusiya Regionlararası Forumu xüsusi aktuallıq kəsb edir

Beynəlxalq münasibətlərin hazırkı vəziyyətində Azərbaycan-Rusiya Regionlararası Forumu xüsusi aktuallıq kəsb edir. AZƏRTAC xəbər verir ki, bu fikri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunun əhəmiyyətini şərh edərkən səsləndirib. Əli Həsənov jurnalistlərə müsahibəsində bildirib ki, hər il keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkənin münasibətlərində körpü rolunu oynayır. Həm Rusiyada, həm də Azərbaycanda təşkil olunan Foruma hər …

Read More »

Azərbaycanda üç gün ərzində qanunsuz ov edən 6 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən respublika ərazisində qanunsuz ovun qarşısının alınması məqsədilə bir neçə reydlər keçirilib. Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib.Məlumatda qeyd olunub ki, son 3 gün ərzində keçirilən tədbirlər zamanı Neftçala rayonunun Şirvanlı qəsəbəsində Bakı şəhər sakini Şövqü İlyasov, Salyan rayonunun Xələc kəndində rayon sakinləri …

Read More »

Bakıda tütündən imtina üzrə tibbi məsləhət kabineti fəaliyyətə başladı

Noyabrın 1-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində tütündən imtina üzrə tibbi məsləhət kabineti və xüsusi “Qaynar xətt” fəaliyyətə başlayıb. İSİM-dən AZƏRTAC-a bildirilib ki, bununla bağlı əhali üçün xüsusi poster hazırlanıb. Pilot layihə olaraq iki ay ərzində fəaliyyət göstərəcək kabinetdə tütündən asılılığı olan və ondan imtina etmək istəyən şəxslər professional tibbi yardım və psixoloji məsləhətlər alacaqlar.

Read More »