Bazar ertəsi , 13 Aprel 2026
Drone Cameras

Qubada avtomobil piayadanı vuraraq öldürüb

Quba rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun rayonun Pivahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, rayon sakini 1964-cü il təvəllüdlü İlham Nəcim oğlu İdrisov yolu keçmək istəyərkən sürücüsü hələlik məlum olmayan “Audi”  markalı avtomobil tərəfindən vurulub. Nəticədə İ.İdrisov ağır bədən xəsarətləri alıb. Yaralı ətrafdakıların köməyi ilə Quba Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan bildirilib ki, həkimlərin müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Quba Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb.

Check Also

ABŞ və İran arasında tarixi görüş BU MƏKANDA KEÇİRİLƏCƏKFOTO

Aprelin 10-na planlaşdırılan İran və ABŞ nümayəndələrinin görüşü Pakistanın baş naziri Şahbaz Şərifin iqamətgahında və …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir