“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi gedir. Ermənistan isə qeyri-konstruktiv mövqedən çıxış edir”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
O bildirib ki, Avropanın bütün layihələrində iştirak edən Ermənistan məhkəməyə çağırılmalıdır: “Xocalı faciəsi ilə bağlı qanun layihəsinin hazırlanması mühüm məsələdir. Bu məsələnin hüquqi müstəviyə çıxarılması kifayət qədər çətindir. Bəzən deyirlər ki, biz bu məsələlərdə gecikmişik, elə deyil, bununla bağlı işlərimiz davam edir”.
Check Also
Rusiya tərəfi Ukraynaya 250 meyit təhvil verib
Ukraynaya 250 meyit qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, onlar müharibədə həlak olmuş Ukrayna hərbçiləridir. Boyukmillet.com …
Boyukmillet.com Biz yanmasaq vətən yanar
