Şənbə , 18 May 2024

Dünya

Bakıda BMW yanıb Böyüt

Bu gün Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus “BMW” markalı minik avtomobilinin salonu qismən yanıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Read More »

Putin: “Rusiya ilə Azərbaycanı dostluq və mehriban qonşuluq münasibətləri bağlayır”

“Əsrlərdir Rusiya ilə Azərbaycanı dostluq və mehriban qonşuluq münasibətləri bağlayır”. APA-nın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin 7-ci Azərbaycan-Rusiya regionlararası forumun iştirakçılarına göndərdiyi təbrik məktubunda deyilir. Məktubu Rusiya Prezident Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov oxuyub. Məktubda qeyd olunur ki, bu forum inteqrasiya proseslərinin inkişafına və qarşılıqlı maraq kəsb edən əməkdaşlığa təkan verəcək: …

Read More »

Türkiyənin Azərbaycanda yeni hərbi attaşesi təyin olunub

Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb. Ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə …

Read More »

“Eurovision-2017” mahnı müsabiqəsində iştirak edəcək ölkələrin adları açıqlanıb

Ukrayna paytaxtı Kiyevdə keçiriləcək “Eurovision-2017” mahnı yarışmasında iştirak edəcək ölkələrin adları açıqlanıb. “Report” yarışmanın rəsmi saytına istinadən xəbər verir ki, müsabiqəyə qatılacaq 43 dövlət arasında Azərbaycan da var. Krımın ilhaqı və Ukraynanın şərqindəki separatçı fəaliyyətə görə Ukrayna ilə qarşıdurmada olan Rusiya yarışmada iştirak etmək üçün təmsilçisini Kiyevə göndərəcək. Türkiyə bu il də “Eurovizion”da iştirak etməyəcək. Xatırladaq ki, 2017-ci il mayın 9 və 11-də yarışmanın yarımfinalı, mayın 13-də …

Read More »

Vladimir Putin: “Azərbaycan-Rusiya Forumunun konstruktiv dialoq şəraitində keçəcəyinə ümid edirəm”

“Bu görüşün iki ölkənin hakimiyyət orqanları və işgüzar dairələrinin nümayəndələri, ekspertləri və qeyri-hökumət təşkilatları arasında konstruktiv dialoq formatında keçəcəyinə ümid edirəm”. “Report” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Bakıda keçirilən 7-ci Azərbaycan-Rusiya Regionlararası Foruma göndərdiyi təbrik məktubunda bildirib. “Forumun gündəliyində iqtisadi və maliyyə əməkdaşlığının genişləndirilməsi, elm, təhsil və mədəniyyət sahələrində korporativ əlaqələrin dərinləşdirilməsi kimi vacib məsələlər öz əksini …

Read More »

Azərbaycanla birgə layihələrə ayrılan vəsait – 410 milyon dollar

“Rusiya İxracat Mərkəzi” bu günə qədər Azərbaycanla 11 birgə layihəyə 410 milyon dollar ayırıb. Trend-in məlumatına görə, bunu bu gün Bakıda öz işinə başlamış VII Azərbaycan-Rusiya Regionlararası Forumda Rusiyanın İqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski deyib. O bildirib: “Bu o deməkdir ki, ixracat fəaliyyətinin maliyyə dəstəyi müxanizmi çox praktikdir və iki ölkə biznesmenləri tərəfindən uğurla istifadə olunur”. Rusiyalı nazir müavininin …

Read More »

Salyanda 73 yaşlı piyadanı avtomobil vurub

Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  “Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.  Belə ki, rayonun Kürsəngi kənd sakini, 73 yaşlı Ənoğlan Şahbala oğlu Mənsimovu avtomobili vurub. Müxtəlif dərəcəl bədən xəsarətləri alan yaralını həmin avtombilin sürücüsü dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra o, …

Read More »

Londonda Hellouini bayram edən şəxslərə hücum olub: 1 ölü, 2 yaralı

 Londonun cənubunda yerləşən Kroydon rayonunda naməlum şəxsin bıçaqla insanlara hücum etməsi nəticəsində 1 nəfər blüb, 2 nəfər ağır yaralanıb. “Report” xəbər verir ki, bu barədə çərşənbə axşamı Britaniyanın “The Guardian” qəzeti yazıb. Hücum bazar ertəsi, London vaxtı ilə 20:00 radələrində Hellouinin bayram edilməsi zamanı insanların sıx olduğu küçələrdən birində qeydə alınıb. Yaralıların təqribən 20 yaşında olduqları bildirilir. Onların səhhəti barədə …

Read More »

Mərhum İlhamə Quliyevanın sabiq köməkçisinin həyat yoldaşı məhkəmədə ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.“Report”un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qisimində M.Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov ifadə verib.O, İlhamə Quliyeva və onun oğlunun evlərinə basqın etdiyini deyib: “Onlar Mehribanın evdən şuba oğurladıqlarını dedilər. Daha sonra İlhamə xanım mənə …

Read More »

Yeni cihaz smartfona toxunmadan onu idarə etməyə imkan verəcək

“Bluemint Labs” şirkətinin istehsalçıları tərəfindən yaradılmış “Bixi” adlı kiçikölçülü qurğu cihazları jestlərin köməyi ilə məsafədən idarə etməyə imkan verir. AZƏRTAC “dni24.com” saytına istinadən xəbər verir ki, bəzən əlimiz yaş olsa da, mesaja cavab vermək lazım gəlir. Bir çoxlarımız bu vəziyyətlə qarşılaşmışıq. Belə halda insanlar smartfonu xarab etməmək üçün ona toxunmaq istəmir. “Bluemint Labs” şirkətinin mütəxəssisləri bu problemi həll ediblər. Onlar tərəfindən …

Read More »