Şənbə , 27 Aprel 2024
Drone Cameras

YUNİSEF: Yəmən əhalisinin yarıdan çoxu aclıqdan əziyyət çəkir

İranın dəstəklədiyi husi qiyamçıları ilə Səudiyyə Ərəbistanın başçılq etdiyi beynəlxalq koalisiyanın döyüşdüyü Yəməndə 14 milyon dinc sakin aclıqdan əziyyət çəkir.

“Report” “Al-Jazeere”yə istinadən xəbər verir ki, bunu YUNİSEF-in Yəməndəki nümayəndəsi Məhəmməd Əsədi bildirib.

Onun sözlərinə görə, ölkədə 1,5 milyon uşaq yetərincə bəslənmir: “Onların 3-də biri aclıqdan əziyyət çəkir. Yəmənin Hudey bölgəsində yüz minə yaxın uşaq normal səviyyədə qidalanmadığı üçün ölümcül vəziyyətdədir”.

Qeyd edək ki, Dünya Bankının 2013-cü ildə yaydığı məlumata əsasən, ölkə əhalisinin sayı 24,41 milyon nəfər olub. 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir