Dünya

Braziliya nümayəndə heyəti İçərişəhərdə

Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində İçərişəhərlə tanış olub. Qonağı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov qarşılayıb. İdarədən Trend-ə verilən məlumata görə, nümayəndə heyəti gəzinti zamanı Şərq memarlıq üslubunda tikilmiş tarixi-memarlıq abidələri, Qız Qalası, Şirvanşahlar Saray Kompleksi kimi dünya əhəmiyyətli abidələr, eləcə də karvansaraylar, hamamlar, məscidlər, ölkə …

Read More »

2 rayonu birləşdirən Zəyəmçay körpüsü bərpa edilir

Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərindəki körpü bərpa edilir. Bu barəəd Trend-ə “Azəravtoyol” ASC-dən məlumat verilib. Bildirilir ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 427-ci km-də yerləşən körpüdə bərpa işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Layihə çərçivəsində bərpa işləri …

Read More »

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi İsveçrədə işgüzar səfərdədir

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlının rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrədə işgüzar səfərdədir. Səfər zamanı İsveçrə Maliyyə Bazarlarına Nəzarət Orqanının (FİNMA) və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) rəhbərliyi və yüksək səviyyəli rəsmiləri ilə danışıqlar aparılıb. MBNP-dən AZƏRTAC-a bildirilib ki, səfərin birinci günündə baş tutmuş görüş zamanı Azərbaycan nümayəndə heyəti üçün FİNMA-nın fəaliyyət istiqamətlərinə …

Read More »

Azərbaycan cüdoçuları Almaniya çempionatında qələbə qazanıblar

Azərbaycan cüdoçuları, Almaniyanın “Hamburq” klubunun heyətində çıxış edən Nicat Şıxəlizadə və Orxan Səfərov bu ölkə çempionatının qalibi olublar. AZƏRTAC xəbər verir ki, “Hamburq” komandası klublararası birinciliyin finalında Münxenin “Qrossadern” klubunu 7:6 hesabı ilə məğlub edib. Hər iki idmançımız həlledici qarşılaşmaları da qələbə ilə başa vurub. Orxan Səfərov 60, Nicat Şıxəlizadə isə 66 kiloqram çəki dərəcələrində mübarizə aparıb.

Read More »

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Oktyabrın 31-də Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC xəbər verir ki, hadisə səhər saat 9:00 radələrində Ələt-Astara magistral yolunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Şəxsiyyəti hələlik müəyyən olunmayan sürücünün idarə etdiyi “KamAZ” markalı ağır tonnajlı yük avtomobili Masallı rayonunun Təzə Alvadı kənd sakini Qeyrət Allahverdiyevin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ-2107” …

Read More »

Perunun nüfuzlu “El Peruano” qəzeti Azərbaycanın uğurlarından yazıb

Perunun nüfuzlu “El Peruano” qəzetində tanınmış jurnalist Xulio Cesasr Panduronun “Qafqazın mirvarisi” sərlövhəli məqaləsi dərc edilib. Azərbaycanın Perudakı diplomatik nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən müəllif səfər təəssüratlarını oxucuları ilə bölüşüb. Müəllif qeyd edib ki, Azərbaycan qədim tarixi, mədəni sərvətləri, valehedici memarlıq abidələri, adət və ənənələri, nağılabənzər istirahət guşələri olan zəngin ölkədir, qədimliklə müasirliyin qovuşduğu paytaxt …

Read More »

28 May – Respublika Günü münasibətilə elan edilmiş amnistiya aktının icrası başa çatıb

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mərhəmətlik və insanpərvərlik ənənələrindən irəli gələn təşəbbüsü əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2016-cı il 20 may tarixli Qərarın icrası başa çatıb. AZƏRTAC xəbər verir ki, amnistiya aktının icrasının yekunlarına dair aparılmış ümumiləşdirmələr nəticəsində həmin aktın 10931 məhkuma …

Read More »

Astrid Lindqrenin “Uzuncorab Pippi” tamaşasının premyerası keçirilib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində İsveç uşaq ədəbiyyatının ən məşhur nümayəndəsi Astrid Lindqrenin “Uzuncorab Pippi” səhnə əsərinin premyerası olub. A.Lindqren eyni zamanda “Damda yaşayan Karlsson”, “Lönneberqalı Emil”, “Madiken”, “Robberin qızı Ronya” və s. əsərlərin də müəllifidir. İlk dəfə azərbaycan dilində nümayiş olunan “Pippi” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, İsveç Krallığının Azərbaycandakı Səfirliyi və Azercell şirkətinin birgə layihəsinin məhsuludur. …

Read More »

Voleybol üzrə Azərbaycan çempionatının təqvimi açıqlanıb

Voleybol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatının təqvimi açıqlanıb. Federasiyanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, mübarizəyə kişilərdən ibarət komandalar başlayacaqlar. Noyabrın 3-də keçiriləcək ilk turda “Nəqliyyatçı” “Lokomotiv”lə, “Naxçıvan” “Sumqayıt”la, “Neftçi” isə MOİK-lə üz-üzə gələcək. Açılış mərasimi saat 16:00-da olacaq. Qadınların yarışı isə noyabrın 8-də start götürəcək. İlk turda “Telekom” “Azəryol”la, “Azərreyl” “Lokomotiv”lə qarşılaşacaq. Bu komandalardan əlavə, çempionatda Gürcüstan …

Read More »

Şirvanda sahibkarlar üçün interaktiv treninq keçirilib

İqtisadiyyat Nazirliyi Şirvan şəhərində sahibkarlıq subyektləri üçün interaktiv treninq keçirib. “Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, treninqdə iştirakçılara Azərbaycanda investisya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması üçün mühüm əhəmiyyət daşıyan investisiya təşviqi sənədi və təsdiqedici sənəd, onların sahibkarlar üçün yaratdığı üstünlüklər barədə geniş məlumat verilib. Bu sənədlərin alınması üçün qanunvericiliyin tələbləri izah edilərək, praktiki məşğələlər vasitəsilə nümunələr …

Read More »