Şənbə , 28 Noyabr 2026
Drone Cameras

Türkiyədə biri polkovnik olmaqla 20 pilot həbs edilib

Türkiyə Hərbi Hava Qüvvələrində Fətullahçı Terror Təşkilatına qarşı keçirilən əməliyyat nəticəsində 69 pilot saxlanılıb.

“Report” “Ulusalkanal”a istinadən xəbər verir ki, biri polkovnik, ikisi qadın olmaqla onların 20 nəfəri barəsində həbs qətimkan tədbiri seçilib.

İnformasiyaya görə, həbs edilənlərin 19-u baş leytenantdır.

Məlumata əsasən, 49 pilot isə ədliyyə nəzarətində qalmaqla sərbəst buraxılıblar.

Onlara qarşı “Türkiyə Konstitusiyasına qarşı çıxmaq, hökumətə qarşı qiyam, terrorçu təşkilata üzv olmaq” kimi ittihamlar irəli sürülüb. 

Check Also

Rusiya tərəfi Ukraynaya 250 meyit təhvil verib

Ukraynaya 250 meyit qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, onlar müharibədə həlak olmuş Ukrayna hərbçiləridir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir