Çərşənbə , 21 Yanvar 2026
Drone Cameras

FTB Hillari Klintonun məktubları ilə bağlı açıqlama yayıb

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klintonun elektron poçtundakı yazışmalarda heç bir cinayət faktına rast gəlinməyib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Federal Təhqiqat Bürosunun (FTB) direktoru Ceyms Kominin Konqresə göndərdiyi məktubda bildirilib.

Məktubda bildirilib ki, H.Klintonun elektron poçtunda aparılan araşdıma başa çatıb və orada cinayət tərkibli heç bir yazı aşkar edilməyib.

Məlumata görə, prezidentliyə namizəd FTB-nin bu məlumatını məmnuniyyətlə qarşılayıb.

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp isə FTB direktorunun məktubuna etiraz edib. O deyib ki, H.Klinton dələduz bir sistem tərəfindən müdafiə olunur.

Qeyd edək ki, H.Klintonun dövlət katibi olduğu 2009-2013-cü illərdəki rəsmi yazışmaları ilə bağlı 2015-ci ilin avqustunda təhqiqat başlanılmışdı.

Xatırladaq ki, noyabrın 8-də ABŞ-da prezident seçkisi keçiriləck. Sosioloji sorğuların nəticələrinə əsasən, H.Klinton rəqibi D.Trampı 2-5 faiz qabaqlayır. 

Check Also

Dünya İqtisadi Forumu 2026-cı ildə qlobal risklərlə bağlı hesabatı təqdim edib

2026-cı ildə qlobal risklərlə bağlı hesabat dərc olunub. Qeyd edilib ki, yeni rəqabət dövründə geosiyasi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir