Cümə , 10 May 2024

Dünya

Azərbaycan deputatı AŞPA-da alt komitəyə sədr seçilib

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclası keçirilib. APA-nın Avropa bürosunun məlumatına görə, Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva komitənin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri vəzifəsinə seçilib. Azərbaycanlı millət vəkili bu vaxta qədər alt komitənin vitse-prezidenti vəzifəsini icra edib və eyni zamanda, AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin …

Read More »

Prezident İlham Əliyev Bakıda oksigen zavodunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də “Baku steel company” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) oksigen zavodunun açılışında iştirak edib. “Report”un xəbərinə görə, MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, burada 2012-2013-cü illərdə əsaslı yenidənqurma işləri aparılıb. Cəmiyyətin inzibati binası da görülən işlər çərçivəsində müasir səviyyəyə çatdırılıb. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli …

Read More »

Bakıda dini vəsaitlər satan mağazada əməliyyat keçirilib

Hüquq-mühafizə orqanları tərəfindən Bakı şəhəri, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində dini kitab və vəsaitlər satılan mağazalardan birində əməliyyat həyata keçirilib. Bu barədə “Report”a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, nəticədə çoxlu sayda qadağan olunan ədəbiyyat, Aşura mərasimlərində istifadə olunması üçün nəzərdə tutulan və üzərində radikal və dini ekstremizmi, dini ayrı-seçkiliyi təbliğ edən şüarlar yazılan köynəklər, baş geyimləri aşkar olunaraq götürülüb. …

Read More »

Çexiyanın Karla Enqlişe Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Çex-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin dəvəti ilə Çexiyanın Karla Enqlişe Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir. Universitetin rektor əvəzi dr. Yarmila Vaşulkova BDM-in ofisini ziyarət edib. Görüşdə Azərbaycan-Çexiya elmi-mədəni əlaqələri haqqında geniş müzakirə aparılıb. Yaxın aylarda adı çəkilən universitetdə Azərbaycan həqiqətləri ilə bağlı elmi konfransın keçirilməsi, orada Azərbaycan guşəsinin yaradılması haqqında razılıq əldə edilib. BDM sədri …

Read More »

Suraxanı rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Qtv.az bildirir ki xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən Suraxanı Rayon İcra hakimiyyəti ilə …

Read More »

“Müəyyən qüvvələr çalışır ki, Azərbaycan-Gürcüstan münasibətləri korlansın”

“Gürcüstan demokratiya yolu ilə irəliləyən ölkədir” Gürcüstanda yaşayan azərbaycanlıların sosial-iqtisadi durumu Gürcüstan dövləti ilə yanaşı Azərbaycanın da nəzər nöqtəsindədir. Dünya Azərbaycanlıları Konqresinin İcra aparatının rəhbəri, BDM sədrinin birinci müavini Samir Adıgözəlli Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı İnterpress.az saytına açıqlama verib. Samir Adıgözəlli hesab edir ki, Gürcüstanda keçirilən parlament seçkiləri dünya ictimaiyyətinin olduğu kimi, Azərbaycan ictimaiyyətinin də diqqət mərkəzindədir: “Bu …

Read More »

Azərbaycan və İran Xəzərdənkənar hövzələrdə yükdaşımalar sahəsində birgə layihələrin işlənməsini müzakirə edib

Azərbaycan və İran arasında Xəzərdənkənar hövzələrdə yükdaşımalar sahəsində birgə layihələrin işlənməsi imkanları müzakirə edilib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr Bakıda QSC-nin sədri Rauf Vəliyevin İran İslam Respublikasının “Qadir dəniz nəqliyyatı holdinqi”nə daxil olan “Negin Kish İnternational Onshore & Development Company” şirkətinin (NKCo) direktorlar şurasının sədri M.Moghadamifərd, şirkətin baş direktoru A.Mohağheğri və kommersiya üzrə meneceri S.Hairzadə …

Read More »

Qanuni diplom alanlarla bağlı yeni baza yaradıldı

Azərbaycan ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumat bazası istifadəyə verilib. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bazanın yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanından irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir. Məlumat bazasında ilkin olaraq …

Read More »

ATO.AZ saytı fəaliyyətə başlayacaq

Azərbaycan Turan Ocağının (ATO) veb saytı hazırlanır. Bu yaxınlarda fəaliyyətə başlayacaq sayt haqqında ATO başqan yardımçısı İsmayıl Cavadzadə böyukmillet.com-a məlumat verib. O, bildirib ki, ato.az saytı ocağın fəaliyyətini işıqlandırmaqla yanaşı türk dünyasının  ictimai-siyasi, tarixi, mədəni mövzuları əhatə edən materialları da işıqlandıracaq. 

Read More »

Suriyaya humanitar yardım… YPG terrorçularına rəğbət fonunda

Çexiya Qırmızı Xaç Cəmiyyətinin təşkil etdiyi təxirəsalınmaz humanitar yardımın birinci partiyası Suriyaya gətirilib. Suriyaya ümumi məbləği 4,5 milyon kron (166 min avro) olan cəmi iki belə partiya göndəriləcək. Çexiyadan dializ avadanlığı və 22 əlil arabası gəlib. Çexiya xarici işlər nazirinin müavini Martin Tlapa da Suriyaya səfər edib. O, humanitar yardımı Suriyaya, o cümlədən Hələbə buraxılması üçün Suriya siyasətçiləri ilə bir …

Read More »