Şənbə , 20 Aprel 2024
Drone Cameras

Türkiyənin ədliyyə naziri: “Diyarbəkirdəki partlayışda çoxlu sayda vətəndaşımız yaralanıb, polis və mülki sakin şəhid olub”

Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda Terrora Qarşı Mübarizə və Çevik Polis Alayının yerləşdiyi binanın qarşısında törədilən terror aktı nəticəsində biri polis əməkdaşı olmaqla iki nəfər ölüb, 50-dən çox insan yaralanıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, partlayışın məsuliyyətini terrorçu PKK qruplaşması üzərinə götürüb.
*** 12:00
“Diyarbəkrin Bağlar rayonunda bir avtomoblilin partladılması nəticəsində çoxlu sayda vətəndaşımız yaralanıb, polis və mülki sakin şəhid olub”.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bekir Bozdağ bu gün səhər saatlarında törədilən terror aktıyla bağlı açıqlamasında bildirib.
Nazir qeyd edib ki, terrora qarşı mübarizə başa çatmayıb və bu məsələdə bütün dünyanın birlikdə səmimi şəkildə əməkdaşlıq etməsi lazımdır: “Bölgəyə 150-yə yaxın ölkədən ölmək və öldürmək üçün adamlar gətirirlər. Bu qədər terrorçunu ölüb və öldürməyə kim yönəldir? Bu beynəlxaq bir layihədir və həm Türkiyə, həm insanlıq, həm də müsəlmanlığın düşmənidir. Türkiyə bunu həm daxili, həm də beynəlxaq hüquqa uyğun şəkildə terrorla mübarizədə üzərinə düşəni yerinə yetirəcəkdir. Beynəlxaq ictimaiyyət Türkiyəyə bu məsələdə yetərincə dəstək vermir. Bütün dünya terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədən əl çəksə də Türkiyə əl çəkməyəcək”.
*** 09:55
Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda yerləşən Terrora Qarşı Mübarizə və Çevik Polis Alayının yerləşdiyi binanın qarşısında törədilən partlayış nəticəsində ilkin məluimata görə, 1 nəfər ölüb, 30 nəfər yaralanıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, terror aktının bomba yüklənmiş avtomobil vasitəsi ilə törədildiyi ehtimal edilir.
Terrorçular həmin avtomobillə binaya hücum ediblər.
Partlayış Diyarbəkirdəki həbsxananın 200 metrliyində törədilib.
*** 09:33
Türkiyənin Diyarbəkir şəhərində güclü partlayış baş verib.
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Diyarbəkir şəhərinin Bağlar rayonunda Təhlükəsizlik İdarəsinin binasının qarşısında törədilib.
Məlumata görə, partlayış səsi şəhərin bir çox yerlərində eşidilib. Partlayışdan sonra təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma olub.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını cəlb edilib.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir