Şənbə , 27 İyul 2024
Drone Cameras

Bakı Limanı “Kür” gəmisinin təmiri üçün tender keçirir

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC “Kür” gəmisinin tərsanə təmiri üçün açıq tender elan edib.
“Report”un xəbərinə görə, sorğuda iştirak edəcək fiziki və hüquqi şəxslərdən təmir işlərinin cədvələ uyğun aparılmasını təmin etmək, görüləcək işlərin keyfiyyətinə zəmanət vermək, təmir işlərinin bitməsi ilə əlaqədar tələb olunan sənədləşmə işlərinin aparılması tələb olunur. İşlərin yerinə yetirilməsi müddəti 20 gündür.
Təkliflərin qiymətləndirilməsində qiymət, keyfiyyət, avadanlıq-proqram təminatının texniki xüsusiyyətləri, mühafizə imkanları, istifadə və xidmət rahatlığı, analoji layihələr üzrə təcrübə, o cümlədən, digər qurumlarda tətbiqi, texniki imkanlar və kadr potensialına üstünlük veriləcək.
Tenderdə iştirak etmək istəyənlər 250 manat iştirak haqqı ödəməlidir.
İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri dekabrın 15-i saat 17:00-dək, tender təklifi və bank zəmanətini isə dekabrın 26-sı saat 17:00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”na (Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər geri qaytarılacaq.
İddiaçıların təklif zərfləri dekabrın 27-si saat 15:00-da QSC-də açılacaq.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir