Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Cənubi Koreyada Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü qeyd olunub

Cənubi Koreyada Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil olunub.
Səfirlikdən “Report”a verilən məlumata görə, tədbirdə Koreyada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, aparıcı Koreya şirkətlərinin nümayəndələri, universitet və beyin mərkəzlərinin təmsilçiləri, nüfuzlu ictimai-siyasi xadimlər, mətbuat nümayəndələri iştirak ediblər.
Rəsmi qəbulda çıxış edən səfir Rəmzi Teymurov 18 oktyabr – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası gününün önəm və əhəmiyyəti barədə danışıb.
O, Azərbaycanın son illər ərzində dünya miqyasında multikulturalizm mərkəzinə çevrildiyini, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dünya forumları, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumlarının bunu göstərdiyini bildirib. Belə ki, ilk Avropa Oyunları, Formula 1 Avropa Qran Prisi və Dünya Şahmat Çempionatı kimi bir sıra mötəbər idman tədbirlərinin Azərbaycanda keçirildiyini, 2017-ci ildə ölkəmizin İslam Həmrəylik oyunları və 2020-ci ildə futbol üzrə Avropa Çempionatının 3 qrup və 1 dörddə-bir final mərhələlərinin oyunlarına ev sahibliyi edəcəyi qonaqların nəzərinə çatdırılıb.
Tədbirdə Azərbaycanın 25 illik müstəqilliyi dövründə əldə etdiyi nailiyyətlər barədə videoçarx nümayiş etdirilib, ölkəmizin uğurları barədə səfirlik tərəfindən hazırlanmış məlumat qonaqlar arasında paylanıb. Eyni zamanda, səfir Rəmzi Teymurovun “The Asian” qəzetinə müsahibəsi dərc olunub, 9 noyabr 2016-cı il tarixində isə Seulda dövlət müstəqilliyinin 25-ci ildönümü və Dovlət Bayrağı Gününə həsr olunmuş “Azərbaycan Günü” konserti keçiriləcək.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir