Cümə , 10 May 2024

Dünya

DÇ tarixində ən tez vurulan qol – REKORD

Futbol üzrə Belçika yığmasının hücumçusu Kristian Benteke dünya çempionatının (DÇ) seçmə mərhələsi çərçivəsind tarixdə ən tez vurulan qola imza atıb. Trend TACC-a istinadən məluamta verir ki, bununla o, dünya rekordunu yeniləyib. Hücumçu oyunun 7-ci saniyəsində qol vurub. Bundan öncəki rekord San-Marino millisinin oyunçusu David Qvalteriyə məxsus olub. O, rekorduna 1993-cü ildə İngiltərə yığmasının qapısına 8-ci dəqiqədə qol vurmaqla imza atıb.

Read More »

ABŞ-da “Mettyu” qurbanlarının sayı 27-yə çatıb

ABŞ-da “Mettyu” qasırğası qurbanlarının sayı 27-yə çatıb. “Report” NBC telekanalına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində Şimali Koralinada 11 nəfər, qalanları Corciya, Florida və Cənubi Koralina ştatlarında ölüb. İnformasiyaya görə, ölkənin bir milyon sakini elektrik enerjisiz qalıb. Corciya ştatında 124 min istehlakçı elektrik enerjisiz və istiləşdirici qurğusuzdur. Cənubi Karolina ştatının qubernatoru Nikk Heyli əyalətin 13 dairəsində fövqəladə vəziyyətin elan olunması …

Read More »

Türkiyədə daha 23 polis əməkdaşı həbs edilib

Türkiyədə daha 23 polis əməkdaşı Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinərək, tutulub. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onlar “ByLock” kompüter proqramından istifadə etdikləri üçün həbs ediliblər. İnformasiyaya görə, onların 9-u yüsək rütbəli zabitdir. Xəbərə əsasən, bu proqram vasitəsi ilə FETÖ-çülər bir-biri ilə əlaqə saxlayırmış. Məlumatda bildirilib ki, bu ittihamla 27 polis saxlanılıb, onlardan 4-dən iltizam alınaraq, …

Read More »

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri oktyabrın 10-da başa çatıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi. Azərbaycan Prezidenti fəxri qarovul dəstəsini salamladı. Prezident İlham Əliyevi Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri yola saldılar.   AZƏRTAC

Read More »

“Arşın mal alan” musiqili komediyası Daşkənddə özbək dilində nümayiş etdirilib

Özbəkistanın və Orta Asiyanın ən böyük kitab satışı və informasiya mərkəzi olan “Kitab aləmi” Cəmiyyətində Azərbaycanın dahi bəstəkarı Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası nümayiş etdirilib.Azərbaycanın Özbəkistandakı Mədəniyyət Mərkəzindən “Report”a verilən məlumata görə, əsəri Özbəkteatr Yaradıcı Mərkəzi və Daşkənddəki Diydor rejissorluq və aktyorluq fəaliyyəti teatr studiyası səhnələşdirib.Tədbirin açılışında çıxış edən “Kitab aləmi” kitab satışı və informasiya mərkəzinin direktoru …

Read More »

Bakıda Moldova vətəndaşı spirtli içkidən zəhərlənərək ölüb

Bakıda Moldova vətəndaşı spirtli içkidən zəhərlənərək ölüb“Report”un Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə ötən gün Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.Orada yaşayan Moldova vətəndaşı Pavel Qruyev spirtli içkidən zəhərlənmə ilə xəstəxanaya gətirilib və o orada ölüb.

Read More »

Bu ilin 9 ayında uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb – SİYAHI

Bu ilin 9 ayı ərzində Azərbaycanda doğulan oğlan və qız uşaqlarına daha çox verilən adlar məlum olub. Ədliyyə Nazirliyindən “Report”a bildirilib ki, bu ilin 9 ayı ərzində oğlanlara Yusif (2500), Hüseyn (1653), Əli (1612), Ömər (1286), Məhəmməd (1033), Tunar (987), Murad (971), Ayxan (914), Uğur (898), İbrahim (674) adları daha çox verilib. Qızlara verilən adlar arasında isə ilk onluqda Zəhra …

Read More »

İsrael Baruk: “Yəhudi soyqırımı ilə Xocalı sayqırımı arasında oxşarlıqlar var”

ABŞ-ın Los-Anceles şəhərində yaşayan yəhudi din xadimi Ravvin İsrael Barukun qələmə aldığı, Xocalı soyqırımı zamanı azərbaycanlılara qarşı törədilən bəşəri cinayətləri əks etdirən kitab işıq üzü görüb. “Report”un məlumatına görə, “Xocalı: İnsanlığa qarşı cinayət” (Khojaly: A Crime Against Humanity) adlı kitab Kaliforniya ştatında fəaliyyət göstərən “Berkley Press” nəşriyyatında çap edilib.  Geniş və təkzibolunmaz faktlara əsaslanan bu tədqiqat işində əvvəlcə Ermənistan-Azərbaycan münaqişəsinin yaxın tarixdəki kökləri barədə məlumat verilib, bu …

Read More »

Azərbaycanın müdafiə naziri: “Düşmənin növbəti təxribatına cavab daha sarsıdıcı olacaq”

“Ermənistanın nümayiş etdirdiyi raketlərin taktiki-texniki xüsusiyyətləri barədə tam məlumatımız var. Bu bölgədəki hərbi balansı düşmənin xeyrinə dəyişməyib”  Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində olaraq ön xətdə xidmət edən şəxsi heyətlə görüşüb. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxışında bildirib ki, Azərbaycanın səylərinə baxmayaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin …

Read More »