Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

“Eurovision-2017” mahnı müsabiqəsində iştirak edəcək ölkələrin adları açıqlanıb

Ukrayna paytaxtı Kiyevdə keçiriləcək “Eurovision-2017” mahnı yarışmasında iştirak edəcək ölkələrin adları açıqlanıb.

“Report” yarışmanın rəsmi saytına istinadən xəbər verir ki, müsabiqəyə qatılacaq 43 dövlət arasında Azərbaycan da var.

Krımın ilhaqı və Ukraynanın şərqindəki separatçı fəaliyyətə görə Ukrayna ilə qarşıdurmada olan Rusiya yarışmada iştirak etmək üçün təmsilçisini Kiyevə göndərəcək. Türkiyə bu il də “Eurovizion”da iştirak etməyəcək.

Xatırladaq ki, 2017-ci il mayın 9 və 11-də yarışmanın yarımfinalı, mayın 13-də isə finalı keçiriləcək. İsveçin Stokholm şəhərində keçirilən “Eurovison-2016”-nın qalibi “1944” mahısı ilə Ukrayna təmsilçisi Camala olub. 

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir