Bazar , 3 Dekabr 2023

Vladimir Putin: “Azərbaycan-Rusiya Forumunun konstruktiv dialoq şəraitində keçəcəyinə ümid edirəm”

“Bu görüşün iki ölkənin hakimiyyət orqanları və işgüzar dairələrinin nümayəndələri, ekspertləri və qeyri-hökumət təşkilatları arasında konstruktiv dialoq formatında keçəcəyinə ümid edirəm”.

“Report” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Bakıda keçirilən 7-ci Azərbaycan-Rusiya Regionlararası Foruma göndərdiyi təbrik məktubunda bildirib.

“Forumun gündəliyində iqtisadi və maliyyə əməkdaşlığının genişləndirilməsi, elm, təhsil və mədəniyyət sahələrində korporativ əlaqələrin dərinləşdirilməsi kimi vacib məsələlər öz əksini tapacaq. Sizə dövlətlərimiz və xalqlarımızın rifahı naminə məhsuldar iş və nəzərdə tutulmuş planları uğurla həyata keçirilməyi arzulayıram”, – deyə Rusiya prezidenti vurğulayıb. 

Forumda “dəyirmi masa”lar çərçivəsində müzakirələr aparılması planlaşdırılır. Müzakirələrdə Rusiya və Azərbaycanın regionlarının turizm imkanları, turizm sahəsindəki layihələri, iki ölkənin sənaye potensialının inkişafı təqdim olunacaq.

Xatırladaq ki, 6-cı Azərbaycan-Rusiya regionlararası forumu Yekaterinburqda keçirilib.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir