Şənbə , 20 Aprel 2024
Drone Cameras

İl­ham Əli­yev Ru­si­ya-Azər­bay­can ya­xın­laş­ma­sı­nın yol xə­ri­tə­si­ni çək­di

Sa­mir Adı­gö­zəl­li: “Bu töv­si­yə­lə­rə əməl olun­sa, Ru­si­ya ilə Azər­bay­can ara­sın­da iq­ti­sa­diy­ya­tın bü­tün sa­hə­lə­ri üz­rə gö­zəl əmək­daş­lıq mü­hi­ti for­ma­la­şar”

Pre­zi­dent İl­ham Əli­yev 7-ci Azər­bay­can-Ru­si­ya re­gi­on­la­ra­ra­sı fo­ru­mu­nun iş­ti­rak­çı­la­rı­na mü­ra­ci­ət edib. Mü­ra­ci­ət­də de­yi­lir:
“Hör­mət­li dostlar!
Ba­kı­da ke­çi­ri­lən 7-ci Azər­bay­can-Ru­si­ya re­gi­on­la­ra­ra­sı fo­ru­mu­nun işə baş­la­ma­sı mü­na­si­bə­ti­lə si­zi ürək­dən təb­rik edi­rəm.
Əla­mət­dar hal­dır ki, növ­bə ilə Azər­bay­can­da və Ru­si­ya­da ke­çi­ri­lən bu fo­rum­lar öl­kə­lə­ri­miz ara­sın­da stra­te­ji tə­rəf­daş­lı­ğın möh­kəm­lən­mə­si­nə müs­bət töh­fə ve­rir, qar­şı­lıq­lı fay­da­lı əmək­daş­lı­ğın ge­niş­lən­mə­si­nə şə­ra­it ya­ra­dır. Ak­tu­al mə­sə­lə­lə­rin ge­niş spektri­ni əha­tə edən bu fo­rum­la­rın iş­ti­rak­çı­la­rı­nın nü­fuz­lu tər­ki­bi və zən­gin proq­ram­la­rı on­la­ra yük­sək ma­ra­ğın par­laq sü­bu­tu­dur. Bu da ta­ma­mi­lə qa­nu­na­uy­ğun­dur, çün­ki hə­min fo­rum­lar mə­ka­nın­da bir­ba­şa di­a­loq apa­rı­lır, ye­ni iş­gü­zar əla­qə­lər qu­ru­lur, Azər­bay­can-Ru­si­ya mü­na­si­bət­lə­ri­nin də­rin­ləş­di­ril­mə­si­nə yö­nəl­miş konstruk­tiv tə­şəb­büs­lər və in­no­va­si­ya la­yi­hə­lə­ri ya­ra­nır.
Şüb­hə yox­dur ki, növ­bə­ti gö­rü­şün tam konkret gün­də­li­yi si­zə ti­ca­ri-iq­ti­sa­di əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­si yol­la­rı­nı cız­ma­ğa, tu­rist axın­la­rı­nın ar­tı­rıl­ma­sı perspek­tiv­lə­ri­ni mü­za­ki­rə et­mə­yə, sə­na­ye və kənd tə­sər­rü­fa­tı sa­hə­lə­rin­də təc­rü­bə mü­ba­di­lə­si apar­ma­ğa, iki­tə­rəf­li əla­qə­lə­rin mə­də­ni-hu­ma­ni­tar tər­kib his­sə­si­nin in­ki­şaf di­na­mi­ka­sı ba­rə­də söh­bət et­mə­yə im­kan ve­rə­cək. Hər iki öl­kə­nin güc­lü iq­ti­sa­di po­ten­si­a­la və bir­gə iş sa­hə­sin­də zən­gin təc­rü­bə­yə ma­lik ol­ma­sı­nı nə­zə­rə ala­raq, gə­lə­cək­də səy­lə­ri­mi­zi da­ha sıx bir­ləş­dir­mək və re­gi­on­la­rı­mız ara­sın­da əmək­daş­lı­ğı da­ha da fə­al­laş­dır­maq zə­ru­ri­dir. Qlo­bal böh­ra­nın bü­tün dün­ya miq­ya­sın­da cid­di də­yi­şik­lik­lə­rə gə­ti­rib çı­xar­dı­ğı bu­gün­kü mü­rək­kəb dövrdə bu çox va­cib­dir.
Ümid­va­ram ki, siz iq­ti­sa­diy­ya­tın və in­ves­ti­si­ya­la­rın, mə­də­niy­yə­tin və təh­si­lin müx­tə­lif mə­sə­lə­lə­ri­nə da­ir möv­qe­lə­ri­mi­zi uz­laş­dır­ma­ğa, qar­şı­lıq­lı fə­a­liy­yə­tin pri­o­ri­tet­lə­ri­ni mü­əy­yən­ləş­dir­mə­yə və onun da­ha tə­sir­li for­ma­la­rı­nı iş­lə­yib ha­zır­la­ma­ğa mü­vəf­fəq ola­caq­sı­nız. Əmi­nəm ki, bu­də­fə­ki fo­rum konstruk­tiv şə­ra­it­də ke­çə­cək, ma­raq­lı la­yi­hə­lər və məz­mun­lu dis­kus­si­ya­lar­la yad­da qa­la­caq, baş­lı­ca­sı isə, öl­kə­lə­ri­mi­zə re­al fay­da ve­rə­cək.
Bü­tün iş­ti­rak­çı­la­ra sə­mə­rə­li iş və prak­ti­ki nə­ti­cə­lər, möh­kəm can­sağ­lı­ğı di­lə­yir, ən xoş ar­zu­la­rı­mı bil­di­ri­rəm!”
Gö­rün­dü­yü ki­mi, Pre­zi­dent Azər­bay­can­la Ru­si­ya ara­sın­da əmək­daş­lı­ğın və mü­na­si­bət­lə­rin va­cib pri­o­ri­tet is­ti­qa­mət­lə­ri­ni açıq­la­yır. Öl­kə baş­çı­sı­nın mü­ra­ci­ə­tin­də­ki mə­qam­lar ba­rə­də ekspertlər nə dü­şü­nür?
Bey­nəl­xalq Di­as­por Mər­kə­zi­nin apa­rat rəh­bə­ri Sa­mir Adı­gö­zəl­li qə­ze­ti­mi­zə bil­dir­di ki, Azər­bay­can-Ru­si­ya mü­na­si­bət­lə­ri müs­bət di­na­mi­ka üz­rə in­ki­şaf edir. Bi­zim döv­lət qu­rum­la­rı sə­viy­yə­sin­də çox yax­şı və sə­mə­rə­li mü­na­si­bət­lə­ri­miz var. Hət­ta mət­bu­at­da­kı in­for­ma­si­ya­lar­dan bəl­li olur ki, Azər­bay­can­la Ru­si­ya ara­sın­da təh­lü­kə­siz­lik sa­hə­sin­də­ki mü­na­si­bət­lər çox yax­şı­dır. Ru­si­ya-Azər­bay­can mü­na­si­bət­lə­ri bu sa­hə­də çox yax­şı qu­ru­lub. Bun­dan baş­qa, bi­zim döv­lət baş­çı­la­rı sə­viy­yə­sin­də çox yax­şı mü­na­si­bət­lə­ri­miz var. Pre­zi­dent Vla­di­mir Pu­tin və Pre­zi­dent İl­ham Əli­yev mün­tə­zəm gö­rüş­lər ke­çi­rə­rək mü­hüm mə­sə­lə­lə­ri mü­za­ki­rə edir.
Bu əmək­daş­lıq iki öl­kə mü­na­si­bət­lə­ri­nin möh­kəm­lən­di­ril­mə­si üçün mü­hüm fak­tor­dur. Əmək­daş­lı­ğın da­ha bir mü­hüm is­ti­qa­mə­ti Xə­zə­rin hü­qu­qi sta­tu­su­nun mü­əy­yən­ləş­di­ril­mə­si üz­rə iş­dir ki, bu mə­sə­lə üz­rə hər iki öl­kə­nin möv­qe­yi ya­xın­dır. Xə­zər də­ni­zi­nin sta­tu­su­nun mü­əy­yən edil­mə­sin­də Ru­si­ya və Azər­bay­ca­nın möv­qe­lə­ri son il­lər ər­zin­də ya­xın­la­şıb və in­di on­lar, de­mək olar ki, ey­ni­dir.
An­caq, gö­rün­dü­yü ki­mi, Pre­zi­dent bu mü­ra­ci­ə­tin­də da­ha çox iq­ti­sa­di sa­hə­lər­də əmək­daş­lı­ğın va­cib­li­yi­nə to­xu­nub. Çün­ki hər­bi-si­ya­si sa­hə­də bi­zim mü­na­si­bət­lə­ri­miz çox qə­nət­bəxşdir. He­sab edi­rəm ki, bu töv­si­yə­lə­rə əməl olun­sa, Ru­si­ya ilə Azər­bay­can ara­sın­da iq­ti­sa­diy­ya­tın bü­tün sa­hə­lə­ri üz­rə gö­zəl əmək­daş­lıq mü­hi­ti for­ma­la­şar”.
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir