Bayram ərəfəsində sərnişin sıxlığı nəzərə alınaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksi dekabrın 25-dən gücləndirilmiş iş rejiminə keçib. Avtovağzal bu rejimdə yanvarın 7-nə kimi fəaliyyət göstərəcək. AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib Sərnişin sıxlığını nəzərə alaraq 200 ehtiyat avtobus ayrılıb. Adi günlərdə 200 reyslə 7-8 min sərnişin daşınması həyata keçirilirdisə, …
Read More »İlin ən yaxşı futbol hakimləri müəyyənləşib
2016-cı ilin ən yaxşı futbol hakimlərinin adı müəyyənləşib. AZƏRTAC xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibi Mark Klattenburq olub. Qurumun internet saytında 56 ölkədən olan jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğuda, İngiltərə referisi 141 səs toplayıb. O, ən yaxın izləyicisi olan italiyalı Nikola Ritsolini 76 səs qabaqlayıb. Üçüncü yerə isə 55 səslə macarıstanlı …
Read More »İlyas Tapdıqla vida mərasimi Təzəpir məscidində keçiriləcək
Dekabrın 25-də vəfat edən tanınmış şair İlyas Tapdıqla vida mərasimi Təzəpir məscidində keçiriləcək. “Report” xəbər verir ki, vida mərasimi saat 12-də başlayacaq. İ.Tapdıq Badamdar qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunacaq. Qeyd edək ki, İ.Tapdıq dekabrın 25-də evində vəfat edib. Uzun müddət ürəyindən müalicə olunan şair 82 yaşında dünyasını dəyişib.
Read More »Sirkə turşusundan zəhərlənən qadın həyatını itirib
Bakıda sirkə turşusu içən qadın zəhərlənərək ölüb. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 25-də Binəqədi rayonu ərazisində yaşayan Selcan Qasımova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.
Read More »Axtarış zamanı uçan estakadaya aid olduğu ehtimal edilən 100-dən artıq əşya tapılıb
Axtarış-xilasetmə zamanı uçan estakadaya aid olduğu ehtimal edilən 100 çeşiddən artıq artıq əşya tapılaraq aidiyyatı üzrə təhvil verilib. Bu barədə Trend-ə Axtarış-xilasetmə Qərargahından məlumat verilib. Bildirilir ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin …
Read More »“Neftçi”dən antirekord
“Neftçi” Azərbaycan kubokunda yubiley məğlubiyyətini alıb. Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, 1/4 final mərhələsinin “Zirə” ilə cavab qarşılaşmasındakı 1:2 hesablı məğlubiyyət Bakı klubunun tarixində bu yarışdakı 30-cu uğursuzluq olub. 1992-ci ildə debüt etdiyi turnirdə 148 matç keçirən paytaxt təmsilçisi hamıdan çox – 86 qələbə qazanıb, ən çox da – 32 dəfə heç-heçə edib. Bakılılar bu qarşılaşmalarda 244 qol vurub, …
Read More »12 ildən sonra 11 qol
Azərbaycan Kubokunun 1/4 final mərhələsi “Qarabağ”ın məhsuldar çıxışı ilə əlamətdar olub. Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi “Sumqayıt”la oyunlarda 11 qol vurub. Evdə 6:0, səfərdə isə 5:2 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun yetirmələri son 12 mövsümdə ilk dəfə eyni rəqibə 11 top vurub. Əyalət klubunun son belə uğuru 2004/05 mövsümündə qeydə alınmışdı. 1/16 final mərhələsinin “Ədliyyə-2” (sonradan …
Read More »Palmira yaxınlığında İŞİD-in 25 üzvü zərərsizləşdirilib
Suriya ordusu Palmira şəhərinin qərbində İŞİD terror təşkilatının 25 üzvünü zərərsizləşdirib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, toqquşma silahlı qruplaşmanın ələ keçirməyə çalışdığı hərbi aerodrom yaxınlığında qeydə alınıb. Suriya hərbçiləri İŞİD-in hücumunun qarşısını ala bilib. Xatırladaq ki, ayın əvvəlində İŞİD-in hücumu nəticəsində Suriya qüvvələri Palmiranı tərk etməyə məcbur olmuşdu.
Read More »İŞİD mülki şəxslərə atəş açdı: ən azı 30 ölü
İŞİD terror qruplaşması Suriyanın Əl-Bab bölgəsində mülki şəxslərə atəş açıb. Trend-in “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, terrorçuların atəşi nəticəsində bölgədən qaçmağa çalışan ən azı 30 nəfər həlak olub. Suriyada aparılan “Fərat qalxanı” əməliyyatı çərçivəsində İŞİD-in 114 mövqeyi məhv edilib.
Read More »ANS-in keçmiş 5 əməkdaşı AzTV-də işə başlayıb – SİYAHI
Lisenziyası ləğv edilmiş ANS televiziyasının 5 aparıcısı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AZTV) işə başlayıblar. “Report” xəbər verir ki, bunlar ANS-in keçmiş aparıcıları Rəşad Abbasov, Əfsanə Mehdiyeva, Samir Cabbarov, Natavan Babayeva, Röya Bənənyarlıdır. Bundan başqa, ANS-in keçmiş iki operatorunun da AzTV-də işə götürüləcəyi bildirilir. AzTV-nin mətbuat xidməti yeni təyinatlarla bağlı açıqlama verməkdən imtina edib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
