Cümə , 18 İyun 2021
Home » Dünya » Mahmud Vaezi: İran Naxçıvana investisiyaları təşviq edir

Mahmud Vaezi: İran Naxçıvana investisiyaları təşviq edir

Azərbaycanda səfərdə olan İranın rabitə və kütləvi kommunikasiyalar naziri Mahmud Vaezi hər iki ölkənin sahibkarlarını Naxçıvan Muxtar Respublikasına investisiya qoymağa çağırıb.

Trend-ə eksklüziv müsahibə verən iranlı nazir bu səfərin ölkələr arasında ticarət əlaqələrinin möhkəmlənməsinə yönəldiyini bildirib.

Nazir investisiyalarla bağlı məsələləri müzakirə etmək üçün muxtar respublikaya səfər edəcəyini qeyd edib. O deyib ki, Naxçıvan geniş ticarət imkanlarına malikdir.

M.Vaezi İranın müxtəlif sahələrdə, o cümlədən qaz tədarükü, nəqliyyat və səhiyyə sahələrində Naxçıvanla əməkdaşlığı fəallaşdırmağa hazır olduğunu deyib.

Onun sözlərinə görə, səfər zamanı Ordubadda Araz çayı üzərindən bəndin tikilməsi layihəsinin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, İranın rabitə və kütləvi kommunikasiyalar naziri M.Vaezi iqtisadi, ticarət və humanitar məsələlər üzrə Azərbaycan-İran hökumətlərarası komissiyasının 11-ci iclasında iştirak etmək üçün Bakıya gəlib.

Check Also

ABŞ Səfirliyi Ermənistandakı amerikalılara XƏBƏRDARLIQ ETDİ

ABŞ-ın Ermənistandakı Səfirliyi Birləşmiş Ştatlar vətəndaşlarını qarşıdakı 2 həftə ərzində ehtiyatlı olmağa, ayıq-sayıqlı nümayiş etdirməyə …