Çərşənbə , 1 May 2024

Dünya

Bakıda dünya və Avropa çempionu bıçaqlanıb

Bakıda idmançı bıçaqlanıb.“Report”un xəbərinə görə hadisə Nərimanov rayonu Heydər Əliyev prospektində qeydə alınıb.Belə ki, 1992-ci il təvəllüdlü Rüstəmov Aslan Nurəddin oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.Onun vəziyyəti ağırdır.Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.Qeyd edək ki, A.Rüstəmov Pankration döyüş növü üzrə iki dəfə Avropa çempionu, üç dəfə dünya çempionu …

Read More »

“Azərcell” abunəçilərinə xəbərdarlıq edib

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkəti qeyd edir ki, dekabrın 14-də gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti problemlərin yaranması mümkündür. “Report” xəbər verir ki, müvəqqəti çətinliklər “Azercell” tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədardır.

Read More »

İsrailin baş naziri bu gün Azərbaycana gəlir

Bu gün İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana səfəri başlayır. APA-nın məlumatına görə, səfər bir günlükdür. Səfər zamanı baş nazir Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. İsrailin baş naziri Azərbaycandan Qazaxıstana gedəcək. Xatırladaq ki, bu İsrail baş nazirinin Azərbaycana ilk səfəridir.

Read More »

Belçikada Heydər Əliyevin xatirəsi anılıb

Ötən gün Brüsseldə Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, NATO yanında daimi nümayəndəliyi və yerli diaspora təşkilatlarının iştirakı ilə ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.Diplomatik nümayəndəlikdən “Report”a verilən məlumata görə, mərasimdə səfir Fuad İsgəndərov çıxış edib.O, ulu öndərin keçdiyi şərəfli ömür yolunu xatırladaraq, məhz onun uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası sayəsində Azərbaycan Respublikasının bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş …

Read More »

Dünya azərbaycanlıları Ukrayna azərbaycanlılarının IV Forumuna onlayn qatıla biləcəklər

Kiyev şəhərində “Ukraynada Azərbaycan diasporunun lobbiçilik fəaliyyətinin önəmi və iş adamlarının diaspora inteqrasiyası” mövzusunda Ümumukrayna Azərbaycanlılarının IV Forumu keçiriləcək. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporundan (UABD) APA-ya verilən məlumata görə, sabah başlayacaq forum ilk dəfə olaraq sosial şəbəkələr (https://www.facebook.com/aze.in.ua/?fref=ts) və YouTube kanalı (https://www.youtube.com/channel/UClX9aLihHu8DQHrrGHAeCBg) vasitəsilə Bakı vaxtı ilə saat 17.00-da canlı yayımlanacaq. Forumda Azərbaycanvə Avropadan qonaqlar, Ukraynanın bütün regionlarında yaşayan və biznes fəaliyyəti …

Read More »

Tənzilə Rüstəmxanlı: “İran və digər havadarları Ermənistanın güclənməsinə xidmət etməklə onun işğalçılıq siyasətinə dəstək göstərmiş olur”

İranın Ermənistanla əməkdaşlığı onun işğalçılıq siyasətinə dəstəkdir.   Bunu Sherg.az-a “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.    Onun sözlərinə görə, İranın Ermənistanın ən ağır vəziyyətində iqtisadiyyatını dirçəltmək üçün böhrandan çıxmasına yardımları Azərbaycan üçün sürpriz deyil:    “Türkiyə Qarabağ münaqişəsinə görə Ermənistanla sərhədlərini bağladı. İran din qardaşımız olduğu halda ermənipərəst mövqe nümayiş etdirir. Bunun da səbəbi onun tarixi anti-türk siyasətinin olmasıdır. …

Read More »

Qəbələdə dünyanın nüfuzlu siyasi və dövlət xadimləri bir araya gəlib

Bu gün Qəbələ şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə X Yüksək Səviyyəli Toplantı öz işinə başlayır. Komitənin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tədbirdə 20 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə 50-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm adamı iştirak edir. İştirakçılar arasında Nizami Gəncəvi …

Read More »

Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanı gürcü dilində çap edilib

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi Sabir Rüstəmxanlının kitabı gürcü dilində çap olunub. DAK.az-ın məlumatına görə, müəllifin Gəncənin sonuncu xanı- Cavad xana həsr etdiyi “Ölüm zirvəsi” adlı tarixi romanı bu dəfə Gürcüstanın paytaxtı Tiflisdə dərc edilib. Qeyd edək ki, “Ölüm zirvəsi” romanı əsasında “Cavad xan” adlı film çəkilib və dünyanın bir çox ölkəsində nümayiş olunub.

Read More »

XİN başçılarının Hamburq toplantısı: ATƏT-in acizliyi, alman nazirin “barmağı” – ŞƏRH

Ötən gün Almaniyanın Hamburq şəhərində ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası keçirilib. Bu sayaq beynəlxalq tədbirlərdə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə bağlı ədalətli qərarın çıxarılacağına bir qayda olaraq ümid edirik. Ancaq təəssüf ki, nəticədə həmişə söz oyunundan başqa bir nəsnə olmur. Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq vasitəçilik missiyasını ATƏT və onun tərkibində fəaliyyət göstərən …

Read More »

Abşeron sakininə qarşı 170 min manatlıq dələduzluq edilib

Abşeron rayon sakininə qarşı 170 000 manatlıq dələduzluq edilib. “Report”un xəbərinə görə, rayon sakini 1975-ci il təvəllüdlü Sadıq Xəlilov Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq bildirib ki, 2014-cü ilin noyabr ayından 2016-cı ilin avqust ayınadək Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Mikayıl Vəliyev onu aldadaraq 170 000 manat dəyərində tikinti materiallarını alıb, lakin pulunu ödəməyib. Faktla bağlı Binəqədi RPİ-də araşdırma …

Read More »