Şənbə , 21 İyun 2025
Drone Cameras

“Qalatasaray” klubu islandiyalı futbolçu ilə yollarını ayırıb

Türkiyənin “Qalatasaray” klubu yayda transfer etdiyi islandiyalı futbolçu Kolbeyn Siqtorssonla yollarını ayırıb. 

“Report”un “Fanatik”ə istinadən verdiyi məlumata görə, baş məşqçi Yan Olde Rikerink 26 yaşlı futbolçunu komandada görmək istəməyib.

Səbəb futbolçunun yayda İslandiya yığmasının heyətində aldığı zədəni hələ də sağalmamasıdır. Qarşılıqlı razılaşma ilə klubdan ayrılan Siqtorsson “Qalatasaray”dan yalnız 400 min avro alacaq. O, oynamadığı üçün 815 min avrosundan imtina edib.

Qeyd edək ki, Kolbeyn Siqtorsson iyulda Fransanın “Nant” klubundan bir il müddətinə icarəyə götürülüb.

Check Also

İsrail İrandakı hərbi obyektlərə yeni silsilə zərbələr endirib

İsrail ordusu İranın raket infrastrukturuna yeni hava zərbələri dalğasının başladığını elan edib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir