Cümə axşamı , 26 Fevral 2026

Dünya

Azərbaycan prezidenti İstanbulda BP-nin rəhbəri ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev İstanbulda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə İstanbulda keçirilən və 60-dan çox ölkədən yüksək səviyyəli nümayəndənin qatıldığı 23-cü Dünya Enerji Konqresinin əhəmiyyəti vurğulanıb. Bu mötəbər tədbirdə enerji məsələləri ilə bağlı mühüm mövzuların müzakirə ediləcəyi qeyd olunub, Azərbaycanda enerji, o cümlədən neft-qaz yataqlarının işlənilməsində yüksək texnologiyaların tətbiq olunduğu nəzərə alınaraq, bu sahədə …

Read More »

BMT Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını müsbət qarşılayıb

BMT Prezident Əlaqələndiricisinin Azərbaycan ofisi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı bəyanat yayıb. BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, bəyanatda qeyd olunub ki, BMT RezidentƏlaqələndiricisinin Azərbaycan ofisi Azərbaycan prezidentinin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında fərmanını müsbət qarşılayır. ”Biz hökumətin qlobal məqsədlərin səmərəli həyata keçirilməsi yolunda göstərdiyi öhdəlik kimi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasından məmnunuq. Azərbaycandakı BMT Sistemi Dayanıqlı İnkişaf …

Read More »

XİN Rusiyanın tanınmış musiqiçilərinin adını “qara siyahı”dan çıxarıb

Rusiyanın tanınmış musiqiçiləri Timur Temirov və Soso Pavliaşvili Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycan ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş ediblər. Bu barədə APA-ya XİN-in mətbuat xidmətindən bildirilib. Onlar məktubda Azərbaycan xalqına, mədəniyyətinə və musiqisinə böyük hörmət və ehtiram bəslədiklərini, ölkəmizin qonaqpərvərlik ənənələrini yüksək qiymətləndirdiklərini vurğulayaraq, Azərbaycana səfər etmək və tezliklə Bakıda konsert proqramları ilə çıxış etmək arzusunda olduqlarını …

Read More »

Tennis Federasiyasının növbədənkənar iclası keçirilib

Azərbaycan Stolüstü Tennis Federasiyasının ümumi yığıncağının növbədənkənar iclası keçirilib. Gənclər və İdman Nazirliyindən APA-ya verilən məlumata görə, iclasda federasiyanın Nizamnaməsində dəyişiklik edilib. Bundan başqa, federasiyanın qarşısında duran yeni vəzifələrlə əlaqədar vitse-prezidentlərin sayı artırılıb. Hazırda federasiyanın 2 vitse-prezidenti var. İclasda qəbul edilmiş qərara uyğun olaraq, Azərbaycan Stolüstü Tennis Federasiyası fəaliyyətini artıq yeni ünvanda davam etdirəcək.

Read More »

“Azərbaycan dövlət müstəqilliyinin 25 illik həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması” mövzusunda konfrans keçirilib

Bu gün Bakıda “Azəri-Türk” Qadınlar Birliyi Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan dövlət müstəqilliyinin 25 illik həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması” mövzusunda konfrans keçirib. Publika.az xəbər verir ki, tədbir Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyinə həsr olunub. Tədbirdə “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Milli Məclisin deputatları – Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fəzail İbrahimli, sabiq millət …

Read More »

Temperaturun yüksək olması meteohəssas insanlarda narahatlıq yarada bilər

Bakı və Abşeron yarımadasında oktyabrın 8-dəhava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə yarımadada 15-18° isti, gündüz 23-28° isti, Bakıda gecə  15-17° isti, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə …

Read More »

Haitidə şiddətli qasırğa nəticəsində ölənlərin sayı 339-a çatıb – YENİLƏNİB

Haitidə “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 339 nəfərə yüksəlib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə yerli hakimiyyət orqanları bildiriblər.  “Metyu” 2007-ci ildən bəri Atlantik okeanındakı ən şiddətli qasırğa sayılır. Qasırğa ABŞ-ın Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarına yaxınlaşır. Artıq ABŞ prezidenti Florida və Cənubi Karolinada fövqəladə vəziyyət elan edib.   ***   Saat: 05.20  Haitinin Cənub departamentində …

Read More »

`Rusiya ilə müharibə qaçılmazdır` – ABŞ generalı

ABŞ və Rusiya arasında genişmiqyaslı müharibənin olması ehtimalı yüksəkdir. AzVision.az “The İndependent”-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın quru qoşunları komandanı Mark Milli Pentaqonda seminar zamanı bildirib.  ABŞ ordusunun qərargah rəsinin müavini Cozef Anderson bəyan edib ki, ABŞ kənardan təcavüzkarlıqla köklənmiş (qurulmuş) dövlətlərin təhlükəsi ilə qarşılaşır. O, həmçinin vurğulayıb ki, Çinlə münaqişə ehtimal da olduqca yüksəkdir.  “Rusiya və Çinin texnoloji …

Read More »

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında fərman imzalayıb. Minilliyin Bəyannaməsinə qoşulmuş ölkəmizdə yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə “2003–2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” hazırlanaraq təsdiq edilib və uğurla icra olunub. …

Read More »

Quba-Xınalıq yolunda “Niva” dərəyə aşıb, sürücü ölüb

Qubada bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Quba-Xınalıq yolunun 55 km-də qeydə alınıb. Xınalıq kənd sakini, 48 yaşlı Bağırov Məmmədqasım Xəlil oğlunun idarə etdiyi 10 JL 382 dövlət nömrə nişanlı “Niva” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü Məmmədqasım Bağırov aldığı xəsarətdən hadisə yerində ölüb. Hazırda kənd sakinləri …

Read More »