Çərşənbə axşamı , 31 Mart 2026

Dünya

Dövlət Komitəsinin yaradılmasının 18-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib

İyulun 4-də Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 18-ci ildönümünə həsr edilmiş beynəlxalq videokonfrans keçirilib. Dövlət Komitəsinin sədri Fuad Muradovun və Milli Məclisin üzvü, akademik Rafael Hüseynovun moderatorluğu ilə təşkil edilən virtual tədbirdə xaricdə və ölkəmizdə yaşayan tanınmış elm, mədəniyyət xadimləri, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının, Azərbaycan evlərinin, həftəsonu Azərbaycan məktəblərinin rəhbərləri, diaspor nümayəndələri iştirak edib. Tədbir dünyada …

Read More »

İranda COVID-19-dan rekord sayda ölüm qeydə alınıb

İranda son sutkada koronavirusdan rekord sayda ölüm qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib. Onun sözlərinə görə, son 24 saat ərzində koronavirusdan müalicə alan 163 nəfər vəfat edib, 2 560 yoluxma faktı qeydə alınıb Qeyd olunub ki, hazırkı dövrədək ölkədə 240 438 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan …

Read More »

Uyğur Türklərinə aid 13 ton insan saçı tutuldu – ABŞ gömrüyündə ŞOK (FOTOLAR)

1 milyon uyğur türkü düşərgələrdə əsirdir Çinin Sincan bölgəsindəki əmək düşərgələrində Uyğur Türk qadınları və uşaqları tərəfindən hazırlandığı bildirilən  insan tükündən istehsal olunan 13 ton məhsul ABŞ gömrüyündə saxlanılıb. Gömrük-Sərhəd Xidmətinin məlumatına görə 800 min dollar dəyərində olan bu məhsulların istehsalı insan hüquqlarının pozulması il müşayitə olunub. Tutulan saçların Çində düşərgələrdə saxlanılan uyğur türkü qadın-qızlara aid olduğu bildirilir. Bu həftə …

Read More »

Dünyada ilk dəfə kuryerlərə abidə qoyulub

Moskvada dünyada ilk dəfə kuryerlərə abidə qoyulub. Çatdırma şirkətləri koronavirus pandemiyası dövründə öz əməkdaşlarının işini bu şəkildə əbədiləşdirməyi qərara alıblar. Boyukmillet.com xəbər verir ki, bu heykəlin yaradılması üçün pul vəsaitini özünütəcrid rejimi dövründə malların evlərə çatdırılması ilə məşğul olan bir neçə Rusiya şirkəti ayırıb. Abidə çətin şəraitdə çalışan kuryerlərin fədakarlığına hörmət rəmzidir. Layihədə iştirak etmiş şirkətlərin nümayəndələrinin sözlərinə görə, özünütəcrid …

Read More »

Tanınmış yazıçı və hərbi jurnalist vəfat edib

Rusiyanın tanınmış fantast-yazıçısı və hərbi jurnalist Yevgeni Voyskunski vəfat edib. Boyukmillet.com xəbər verir ki, 98 yaşlı yazıçı ötən gecə dünyasını dəyişib. Qeyd edək ki, Yevgeni Voyskunski İkinci Dünya Müharibəsinə həsr etdiyi silsilə yazıları və romanları ilə tanınıb.

Read More »

FHN tərəfindən dezinfeksiya işləri davam etdirilir – VİDEO

Azərbaycan Respublikası ərazisində koronavirusla (COVID-19) mübarizə məqsədilə ölkə başçısı İlham Əliyevin göstərişi əsasında kompleks effektli tədbirlər davam etdirilir. Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, FHN koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə aidiyyəti üzrə fəaliyyətini davam etdirir. Belə …

Read More »

Ərdoğan xarici səfərə gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 2-də Qətərə birgünlük işgüzar səfərə gedib.  Bu, R.T.Ərdoğanın dünyada koronavirus pandemiyası yayılmağa başlayandan sonra ilk xarici səfəridir. Onu maliyyə naziri Berat Albayrak, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan müşayiət edir. Türkiyə prezidenti Qətər əmiri Şeyx Təmim bin Həməd …

Read More »

Çin Uyğur müsəlmanlarına qarşı “demoqrafik qırğın”a başlayıb

Çin Uyğur müsəlmanlarının sayını azaltmaq üçün zorla kontraseptivləşdirir. Boyukmillet.com xəbər verir ki, Çin Uyğur müsəlmanlarına qarşı indi də azlıqların nəzarət altına alınması üçün məcburi kontraseptiv tədbirlərdən istifadə etməyə başlayıb. (Qadınların hamiləlikdən qorunması üçün həbin ayda bir dəfə qəbul edilməsi). Eyni zamanda, əksər Han icmasından daha çox uşağın olması istənir. Qəzet yazır ki, Tayvan, Hindistan, Yaponiyadan Amerikaya qədər hər kəslə münaqişə …

Read More »

BMT-dən qaçqın statusunun müəyyənləşdirilməsi prosedurundakı dəyişikliklərlə bağlı açıqlama

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi bu gündən etibarən qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunda etdiyi dəyişikliklər barədə açıqlama verib. Boyukmillet.com xəbər verir ki, Dövlət Miqrasiya Xidməti ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi (BMT QAK) arasında razılaşmalara uyğun olaraq, təşkilat iyulun 1-dən etibarən Azərbaycanda beynəlxalq himayə üçün müraciət edən şəxslər barəsində qaçqın statusunun müəyyənləşdirilməsi …

Read More »

BMT: Dünyada cinsə görə ayrıseçkilik səbəbindən “itirilmiş” qızların sayı 140 milyondur

BMT-nin Əhali Fondunun hazırladığı “Dünya Əhalisinin Vəziyyəti” adlı qlobal hesabatın builki sayı işıq üzü görüb. Boyukmillet.com xəbər verir ki, hər il təşkilatın qlobal miqyasda məşğul olduğu bu və ya digər mövzuya həsr edilən hesabatda bu dəfə dünyada qadınların və qızların hüquqlarının pozulması ilə nəticələnən müxtəlif zərərli təcrübələr və onlarla mübarizə mövzuları qabardılıb. Hesabatda qeyd olunur ki, hər il dünyada milyonlarla …

Read More »