Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım Alpsar dünyasını dəyişib.Boyukmillet.com xəbər verir ki, Feyzavər xanım Alpsar İstanbulda 101 yaşında vəfat edib.Allah rəhmət eləsin.
Read More »Sözün açığı dünyada anlamadığımız şeylər baş verdi” – Macron
Fransa prezidenti Emmanuel Makron yeni növ koronavirusla bağlı maraqlı çıxış edib. Boyukmillet.com NTV-yə istinadla xəbər verir ki, Makron “Financial Times” qəzetinə COVİD-19-la bağlı açıqlama verib. Fransa prezidenti yeni növ koronavirusla mübarizədə Çinin Avropa ölkələrindən daha hazırlıqlı olmadığını bildirib: “Çinin COVİD-19-la mübarizədə bizdən daha yaxşı olduğunu deyəcək qədər saf olmayaq. Çox şeyi bilmirik. Sözün açığı dünyada bilməzdiyimiz şeylər oldu”. /Yeniavaz.com/
Read More »Naxçıvanda işğaldan azad edilən ərazilər minalardan təmizlənir – VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşı Nicat Quliyevin Sədərəkdən xüsusi reportajını təqdim edir: 2018-ci ildə uğurlu hərbi əməliyyatlar nəticəsində ordumuzun nəzarətinə keçən ərazilər minalardan təmizlənərək istifadəyə hazır vəziyyətə gətirilir. Günnüt qələbəsi ilə 11 min hektardan artıq ərazini işğaldan azad edən Əlahiddə Ümumqoşun Ordu Sədərək istiqamətində də müdafiəni uğurla təşkil edir. Ərazilərin etibarlı qorunması, minalardan təmizlənməsi əhalinin də rahat yaşayışına və lazımi təsərrüfat …
Read More »Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağının videoproyeksiya edilməsi qardaş ölkə KİV-lərinin diqqətində olub
Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağının bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunması Türkiyənin və Şimali Kiprin aparıcı KİV-ləri tərəfindən geniş şəkildə işıqlandırılıb. Boyukmillet.com xəbər verir ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu yayımın ilk anlarından videoproyeksiyanı sosial şəbəkədə xoş sözlərdən ibarət mətinlə paylaşıb. Prosesi böyük sevgi …
Read More »Rövnəq Abdullayevdən Mübariz Məsimovun həbsinə açıqlama: “… tam əsassız bir yalandır”
“Palmali” qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə həbs edilməsinin SOCAR ilə əlaqələndirilməsi, daha əvvəl açıqladığımız kimi, tam əsassız bir yalandır. Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin “Mgtv” kanalına açıqlamasında bildirib. “Türkiyə Cümhuriyyətinin məhkəmə sisteminə heç bir zaman müdaxilə cəhdimiz olmayıb və bunun mümkünlüyünə də inanmırıq. SOCAR Mübariz Mənsimovun özünün həbs edilməsinin marağında deyil və onun barəsində yaxın zamanda ədalətli hökm veriləcəyinə …
Read More »Virusu 5G yayır? – Dünya xəstəliyin səbəbini yeni texnologiyada görür – İNANILMAZ FAKTLAR
Koronavirusun beynin məhsulu olması ilə bağlı müzakirələr artır. Belə bir zamanda son günlər 5G texnologiyasının virusun yayılmasındakı rolu xüsusilə vurğulanır. Boyukmillet.com xəbər verir ki, Joe Ante Alı məllifin yazdığına görə, koronavirusu yayan 5G-lər və insan orqanizmində yayğın olan bakteriyalar Alfa, Beta, Qamma və Delta tezliyindəki virus/hissəciklərdir.Taclanmış hissəcik (Corona virusu) 8-13 Herz arasında bir titrəməsi var. Elmi araşdırmaya görə, 3-17 dərəcə …
Read More »Türk dövlət başçıları koronavirus üçün bir araya gəlir – SON DƏQİQƏ
Türk Şurasının üzv ölkələrinin liderləri arasında yaxın günlərdə COVID-19 virusuna qarşı birgə tədbirlərə dair onlayn müzakirələr aparılacaq. Boyukmillet.com “Report”a istinadla xəbər verir ki, bu barədə Özbəkistan xarici işlər nazirinin müavini İlham Nemətov Beynəlxalq Mətbuat Klubunun iclasında bildirib. İclasda pandemiyaya qarşı mübarizədə dünya birliyinin həmrəylik göstərə bilib-bilməməsi, Özbəkistanın koronavirusa qarşı tədbirlərinin beynəlxalq aləmdə necə dəyərləndirilməsi və başqa məsələlər müzakirə mövzusu olub. …
Read More »SEVİNDİRİCİ XƏBƏR: Alimlər koronavirusun zəif nöqtəsini tapıblar
Qeyri-kommersiya tibbi tədqiqat qrupu olan “Scripps Research” müəyyən edib ki, koronavirusun müəyyən bir sahəsi vaksinlər tərəfindən hədəfə çevrilib. Bu barədə “New York Post” məlumat yayıb. Çinin Uhan şəhərində ilk dəfə ortaya çıxan koronavirus (COVID-19) bu gün dünyada təxminən 1,5 milyon insana yoluxub. Epidemiya səbəbindən həyatını itirənlərin sayı 70 mindən çoxdur. Dünyanın hər yerindən olan elm adamları xəstəliyin baş verməsinin həlli …
Read More »İsveçdə koronavirusla mücadilədə niyə küçəyə çıxmağa qadağa qoyulmur?
Başlığa çıxardığım suala İsveç hüquq sistemini araşdıran İsvecgundemi.com saytının əməkdaşı Atila Altuntaş cavab tapmağa cəhd edib. Dünəndən küçəyə çıxmağa icazə almalı olan Azərbaycan oxucusu üçün də maraq kəsb edəcəyini düşünüb həm bu mövzuda, həm də İsveçin koronavirusla mübarizə strategiyası haqda qeydlərimi bölüşmək istədim. Sərt karantin qaydaları Azərbaycanla yanaşı bir çox Avropa ölkəsində də tətbiq edilir. Bəzi yerlərdə küçəyə çıxanlar cərimələnir, bəzi hallarda …
Read More »Deputat koronsvirus vaxtı seçicilərlə belə görüşdü
Milli Məclisin deputatı Əziz Ələkbərli seçiciləri ilə onlayn görüş keçirib. Boyukmillet.com xəbər verir ki, Əziz Ələkbərli seçildiyi Saatlı rayonunun problemləri ilə bağlı Saatlı sakinləri, eləcə də seçki kompaniyasında dəstəkçi qrup üzvlərinin birgə iştirakı ilə onlayn görüş keçirib. Gorüsdən öncə Əziz Ələkbərli saatlıları salamlamış, məlum səbəblərdən seçicilərlə planlaşdırdığı görüşün baş tutmaması ilə əlaqədar təəssüfünü bildirib. Görüş zamanı koronavirus xəstəliyi və onunla …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
