Çərşənbə axşamı , 21 May 2024
Drone Cameras

Ermənilər mayın 31-də təxribata hazırlaşır – Azay Quliyev

Mayın 31-də ermənilər Şuşada növbəti təxribata hazırlaşır. Onlar keçirdikləri saxta seçkilərin saxta andiçmə mərasimi təşkil etmək niyyətindədir. Sözsüz ki, bu hallar bizim hər birimizi, ictimaiyyətimizi narahat edir. Çünki işğal olunan bizim torpaqlardır.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı millət vəkili Azay Quliyev deyib.

Deputat əlavə edib ki, bəzi qruplar, ələlxüsus xaricdə oturub əsassız yerə Azərbaycanı, dövləti tənqid edən şəxslərin fəaliyyətində sui-istifadə hallarına rast gəlinir:

“Ermənilər niyə bu “tədbir”i Şuşada təşkil edirlər? Çünki martın 31-də keçirdikləri “seçkilər” fiakoya uğradı. Bütün beynəlxalq qurumlar, aparıcı ölkələr bu “seçkiləri” qeyri-legitim adlandırdı, bunun heç bir hüquqi nəticə yaratmadığını elan etdi. Məhz bu reaksiyalar göstərdi ki, dünya Ermənistanın apardığı işğalçı siyasətə “yox” deyir. Əlbəttə, bu, Azərbaycan diplomatiyasının uğuru olmaqla yanaşı, cənab Prezidentin apardığı işin nəticəsidir”.

Deputat söyləyib ki, daha çox işləməli, ordunu gücləndirməyə davam etməliyik:

“Bu gün Azərbaycan Ordusunun başlatdığı təlimlər ermənilərə ən ciddi cavabdır”. 

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …