Şənbə , 18 Yanvar 2025

Energetika

Azərbaycan neftinin qiyməti cüzi artıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,03 ABŞ dolları, yaxud 0,03 % artaraq 86,36 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin aprel fyuçersləri 84,26 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci …

Read More »

SOCAR prezidenti “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Şöhrət İsa-zadə və Ramil Abulov ilə görüş keçirib. Boyukmillet.com xəbər verir ki, R. Nəcəf layihənin idarəçi rəhbərlərindən biri olaraq birillik fərdi inkişaf planı əsasında təcrübəsini müsabiqə qalibləri ilə bölüşəcəyini, həmçinin qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirmələri üçün SOCAR tərəfindən lazımi şərait yaradılacağını vurğulayıb. …

Read More »

Türkiyədəki zəlzələdən sonra ilk tanker Ceyhan terminalına qəbul edilib

Türkiyədə baş verən zəlzələdən sonra ilk tanker Ceyhan ixrac neft terminalına qəbul edilib. Bu barədə Boyukmillet.com  “Reuters”ə istinadən xəbər verir. Bildirilib ki, ilk tanker İraq nefti ilə yüklənib. Bazar ertəsi baş verən zəlzələdən sonra ilk olan “Vallesina” tankerinə İraq neftini yükləmək üçün Ceyhan ixrac terminalında yanaşmağa icazə verilib. Xatırladaq ki, Türkiyədə baş verən güclü zəlzələ səbəbindən ölkənin cənubunda yerləşən Ceyhan neft …

Read More »

Ukrayna energetika nazirinin müavini: “Strateji marağımız Azərbaycanla əməkdaşlıqdır”

Ukraynanın strateji marağı Avropa İttifaqı (Aİ), ABŞ, Türkiyə və Azərbaycanla əməkdaşlıqdır. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin energetika nazirinin müavini Nikolay Kolesnik deyib. Kolesnik qeyd edib ki, Ukrayna Xəzər dənizindən Aİ-yə təbii qazın tranziti və saxlanması üçün sərbəst imkanlar təqdim etməyə hazırdır. Nazir müavininin sözlərinə görə, Ukrayna bu gün neft-qaz kompleksində əməkdaşlıq çərçivəsində tərəflərin tamhüquqlu tərəfdaşıdır. “Azərbaycanla əməkdaşlıq çərçivəsində əsas …

Read More »

Pərviz Şahbazov: “Ötən il Bolqarıstana qaz ixracımız 600 milyon kubmetr olub”

Ötən il Azərbaycandan Bolqarıstana qaz ixracı 600 milyon kubmetr olub.  xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün “twitter” hesabında qeyd edib. Boyukmillet.com xəbər verir ki, Energetika naziri bolqarıstanlı həmkarı ilə görüşündən sonra bildirib ki, Bolqarıstanın energetika naziri Rosen Xristov ilə görüşdə Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB), eləcə də müxtəlif marşrutlar, yeni infrastrukturlarla qaz tədarükünün şaxələndirilməsi perspektivlərini müzakirə edilib. “Bolqarıstanın …

Read More »

Moldova Rumıniya vasitəsilə Azərbaycandan qaz almaq niyyətindədir

Moldova Azərbaycanın SOCAR və Rumıniyanın “Romgaz S.A.” şirkətləri arasında imzalanmış saziş sayəsində Rumıniya vasitəsilə Azərbaycandan qaz almaq niyyətindədir. Boyukmillet.com  xəbər verir ki, bu barədə Moldova parlamentinin spikeri, hakim Fəaliyyət və Həmrəylik Partiyasının rəhbəri İqor Qrosu “TVR Moldova”nın efirində deyib. “Bu sazişə əsasən, Azərbaycan qazı Türkiyədən keçməklə Trans-Balkan qaz kəmərinə və Rumıniyaya keçəcək. Bu, Moldovanın onu satın almasına imkan verəcək. Biz …

Read More »

Nazir: “Azərbaycan qazının Balkan ölkələrinə nəqli üçün yeni sazişlərə ehtiyac yoxdur”

Azərbaycan qazının Türkiyə üzərindən Balkan ölkələrinə nəql edilməsi ilə bağlı hazırlıq işləri aparılır. Boyukmillet.com -un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasınını yekunlarına dair keçirilən brifinqdə bildirib. “Tranzit məsələri öz həllini tapıb. Bunun üçün əlavə yeni sazişlərin bağlanılmasına ehtiyac yoxdur”, …

Read More »

SOCAR və TPAO daha bir sahədə əməkdaşlıq edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Türkiyə Petrolleri” (TPAO) arasında yeni sahədə əməkdaşlıqla bağlı razılıq əldə edilib. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib. ““İllərdir ki, SOCAR-la TPAO arasında, xüsusilə Xəzər bölgəsində bəzi sahələrdə icra edilən ortaq layihələr var. Son həftələrdə başqa bir sahə ilə də əlaqəli görüşlər davam …

Read More »

ABŞ Dövlət Departamentinin nümayəndəsi: “SGC-nin gələcəkdə daha da genişlənəcəyinə ümid edirik”

“ABŞ əvvəldən Cənub Qaz Dəhlizinin (SGC) reallaşdırılması təklifini çox dəstəkləyib”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a eksklüziv müsahibəsində ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavinini müşaviri Laura Loxman deyib. Onun sözlərinə görə, Avropa qitəsi hazırda enerji böhranı yaşayır. “Buna görə də Avropa ölkələri Rusiya tədarükündən asılılığını əhəmiyyətli dərəcədə azaltmaq və ya tamamilə aradan qaldırmaq üçün çox çalışırlar, çünki bunlar açıq-aydın …

Read More »

Azərbaycan Prezidenti: “Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq”

“Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq”. Boyukmillet.com xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib. Prezident bildirib ki, Azərbaycanda yaşıl enerji potensialı çox böyükdür. Bu, artıq təsdiq olunub. Təkcə Xəzər dənizində külək enerjisi potensialının …

Read More »