“Türkiyədə təbii qaz qovşağının yaradılması çərçivəsində “Türk axını”nın genişləndirilməsi üçün daha bir boru kəmərinin tikintisi mümkündür”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib. “Türk axını”nı bir az da gücləndirmək və yeni boru kəməri çəkmək olar. Nəticədə şərqdən qərbə, şimaldan cənuba tamamilə yeni enerji xəritəsi yarana bilər. Bu zaman Türkiyə sadəcə təbii qaz tranziti həyata keçirən ölkə …
Read More »Qarabağda 50-dən çox elektrik stansiyasının bərpa və inşası üçün araşdırmalar aparılır
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda ümumi gücü 320 meqavatdan artıq 50-dən çox kiçik su elektrik stansiyasının bərpa və inşası üçün araşdırmalar aparılır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov “Prezident İlham Əliyevin rəhbərliyilə postkonflikt modeli” mövzusunda konfransda çıxışı zamanı deyib. “Ümümi gücü 33,4 meqavat olan 7 kiçik su elektrik stansiyasının bərpa-tikintisi həyata keçirilir. İki ilə yaxın müddətdə 11 kiçik su elektrik stansiyasının bərpası enerji sisteminə 54 meqavata yaxın …
Read More »Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşır
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,67 ABŞ dolları, yaxud 1,76 % artaraq 96,73 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin dekabr fyuçersləri 95,90 ABŞ dollara satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda …
Read More »Nazir: “Dənizdə külək enerjisindən istehsal olunacaq elektrik enerjisi Avropaya ixrac ediləcək”
Azərbaycanda bərpa olunan enerji mənbələri, xüsusilə dənizdə külək enerjisi üzrə yaradılacaq böyük güclər hesabına istehsal olunacaq elektrik enerjisinin müəyyən hissəsinin Avropaya ixracı nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Tormanı qəbul edən zaman bildirib. Görüşdə enerji əməkdaşlığının Azərbaycan və Macarıstan əlaqələrinin vacib hissəsi olduğu vurğulanıb. Cənub Qaz Dəhlizi çərçivəsində …
Read More »Azərbaycan Bakı-Supsa kəməri ilə neft ixracını bərpa etmək istəyir
Azərbaycan hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən istifadə etmək istəyir. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi görüşdən sonra mətbuat üçün verdiyi birgə bəyanatda bildirib. “Bu barədə danışmışıq. Mən bizim planlarımız haqqında Baş naziri məlumatlandırdım. Bunun üçün böyük ehtiyac var və böyük potensial var”, – dövlət başçısı deyib. O, həmçinin əlavə edib …
Read More »TANAP faydalı yanacaq sahəsində Dünya Bankının 10 ən yaxşı layihəsinə başçılıq edir
Azərbaycan təbii qazını Türkiyə üzərindən Cənubi Avropaya nəql edən Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Dünya Bankı Qrupunun (DB) təşviq etdiyi ilk 10 faydalı yanacaq layihəsi siyahısında birinci yerdədir. Boyukmillet.com xəbər verir ki, bu barədə yeni “Big Shift Global” hesabatında deyilir. Hesabatda Dünya Bankının son illərdəki maliyyə axınları təhlil edilir və inkişaf bankının köməyi ilə irəliyən ilk 10 faydalı yanacaq layihəsi müəyyən edilir. Hesabata əsasən, …
Read More »Azərbaycan neftinin qiyməti 99 dollardan aşağı düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,17 ABŞ dolları, yaxud 3,11% azalaraq 98,83 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 94,29 ABŞ dollara satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə …
Read More »Qarabağda əbədi işıq yandıranlar
Energetik Tahir dayını bir neçə ildir ki, tanıyıram. Hər dəfə Abşeronun hansısa ərazisində kəsinti olanda ilk zəng vurduğum o olurdu. Sonuncu dəfə təxminən 5 aylıq fasilədən sonra iki ay öncə yığmışdım. Hal-əhval tutduqdan sonra ənənəvi sualımı verdim: “Deyəsən, İslam Səfərlidə yenə kəsinti var. Nə zaman yanar?!”. Araya kiçik sükut çökdü. Saniyələr sonra telefondan heç vaxt eşitmədiyim həyəcanlı səslə cavab gəldi. …
Read More »Lənkəran rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq
“Lənkəran” QPS-də qaz qızdırıcı sobanın giriş xətti üzərində quraşdırılmış siyirtmədə yaranmış qaz sızmasının ləğv edilməsi məqsədilə, 10.10.2022-ci il tarixdə saat 10:00-dan etibarən təmir işlərinin görülməsi planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, təmir işləri aparılan müddətdə Lənkəran şəhəri daxil olmaqla rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Read More »Pərviz Şahbazov Gürcüstanın Baş naziri ilə enerji əməkdaşlığını müzakirə edib
Gürcüstanda səfərdə olan energetika naziri Pərviz Şahbazov bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında yüksək səviyyəli münasibətlər, siyasi dialoq və uğurlu enerji əməkdaşlığının mövcudluğu vurğulanıb. Qlobal enerji layihələrinin birgə həyata keçirilməsi və Gürcüstanın enerji təhlükəsizliyinə davamlı töhfələr verilməsi strateji tərəfdaşlıq münasibətlərinin göstəricisi kimi qiymətləndirilib. Enerji əməkdaşlığının ikitərəfli və çoxtərəfli formatda …
Read More »