Bazar ertəsi , 18 Noyabr 2024

Energetika

Azərbaycan neftinin qiyməti 98 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,65 ABŞ dolları, yaxud 1,71 % artaraq 98,37 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 93,37 ABŞ dollara satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə …

Read More »

Dövlət başçısı: “Azərbaycan tezliklə Avropanın etibarlı elektrik enerjisi tədarükçüsünə çevriləcək”

“Əminəm ki, Azərbaycan tezliklə Avropanın etibarlı elektrik enerjisi tədarükçüsünə çevriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində deyib. “Azərbaycan uzun illər beynəlxalq bazarlara və ilk növbədə, Avropa bazarlarına etibarlı neft tədarükçüsü olub, indi isə etibarlı qaz tədarükçüsünə çevrilib. Xanım Prezidentin (Avropa Komissiyasının sədri Ursula fon der Lyayen) bərpa olunan enerji mənbələri haqqında …

Read More »

İlham Əliyev: “IGB Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq”

“Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) təbii qaz tədarükünün şaxələndirilməsində və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində deyib. “IGB layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz tədarükünün şaxələndirilməsində mühüm rol oynayacaq. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir və dünyada mövcud geosiyasi vəziyyət bunu …

Read More »

Dövlət başçısı: “Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır”

“Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində deyib. Prezidentin sözlərinə görə, ötən il Azərbaycan, təqribən, 19 milyard kubmetr təbii qaz ixrac edib ki, bunun da 8,2 milyard kubmetri Avropaya nəql olunub, bu isə əvvəlki illə müqayisədə 40 % çoxdur. “Bu …

Read More »

Romen Radev: “İGB Bolqarıstana ilk dəfə olaraq Azərbaycandan qaz almağa imkan verəcək”

“Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (İGB) Bolqarıstana ilk dəfə olaraq Azərbaycandan təbii qaz almağa imkan verəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib. Onun sözlərinə görə, sabah – oktyabrın 1-də rəsmi olaraq Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı qeyd ediləcək: “Həmin interkonnektor – bu strateji layihə həm bizim ölkə, həm …

Read More »

Dövlət başçısı: “Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir”

“Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə mətbuat konfransında deyib. “Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi doğrudan da tarixi əhəmiyyətə malikdir. Əminəm ki, bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası …

Read More »

İlham Əliyev: “Əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək”

“Əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə birgə mətbuat konfransında deyib. “Əminəm ki, strateji tərəfdaşlar kimi biz bu gün müzakirə edilən əsas məsələ olan enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atacağıq. Artıq bu sahədə də tərəfdaşlıq gerçəkləşib, Azərbaycan qazı indi Bolqarıstandadır. Bu …

Read More »

Macarıstan Aİ-ni Azərbaycan və Mərkəzi Asiya qazına çıxışı üçün danışıqlar aparmağa çağırır

Macarıstan Avropa İttifaqını (Aİ) Azərbaycan, Qafqaz və Mərkəzi Asiyada qaz infrastrukturunun qurulması üçün addımlar atmağa və bununla bağlı müvafiq sövdələşmələr üzrə danışıqlar aparmağa çağırıb. Boyukmillet.com-un Macarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin energetika nazirlərinin Almatıda keçirilən görüşündə deyib. P.Siyartonun sözlərinə görə, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) …

Read More »

ABŞ-ın enerji şirkətləri resessiyadan ehtiyat edirlər

ABŞ-ın enerji şirkətlərinin top-menecerləri resessiyanın neft və qaza tələbatın azalmasına səbəb ola biləcəyindən ehtiyat edirlər. Bu, artıq təchizat zəncirinin pozulması və artan xərclərlə üzləşən sənaye üçün işləri çətinləşdirəcək. Boyukmillet.com xəbər verir ki, bu, Dallas Federal Ehtiyat Bankının (FEB) rüblük sorğusunun nəticələrində öz əksini tapıb. Dallas FEB-in hesabladığı və enerji sektorundakı şirkətlər üçün proqnozu əks etdirən indeks 3-cü rübdə 33 bal …

Read More »