Cümə axşamı , 2 Aprel 2026

Energetika

Dubravka Cedoviç-Xandanoviç: “Serbiya bazarında Azərbaycan qazının rolu daha da artacaq”

Serbiya və Azərbaycan enerji tərəfdaşlığını fəal şəkildə genişləndirir, xüsusən də qaz təchizatı və birgə infrastruktur layihələrinin reallaşdırılması sahəsində əməkdaşlığı gücləndirir. Enerji idxalının şaxələndirilməsi və enerji təhlükəsizliyinin artırılması istiqamətində atılan addımlar çərçivəsində Belqrad, Bakını təbii qazın etibarlı tədarükçüsü və enerji sektorunun dayanıqlı inkişafında mühüm strateji tərəfdaş kimi qiymətləndirir. Kalotina bölgəsində qaz interkonnektorunun işə salınması Serbiyaya qaz idxalı üçün əlavə imkanlar yaradıb. …

Read More »

Azərbaycan neftinin qiyməti 70 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,22 ABŞ dolları, yaxud 1,76 % artaraq 70,41 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 70,80 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,26 ABŞ dolları və ya 1,86 % artaraq 69,16 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir …

Read More »

Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,84 ABŞ dolları, yaxud 2,58 % azalaraq 69,39 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 69,79 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,79 ABŞ dolları və ya 2,56 % azalaraq 68,09 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir …

Read More »

Çinlə Azərbaycanın elektrik enerjisi ötürmə şəbəkəsinin tədqiqatına dair Saziş imzalanıb

Energetika Nazirliyi Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə Azərbaycanın elektrik enerjisi ötürmə şəbəkəsinin Tədqiqatına dair Saziş imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Bu saziş ölkəmizin enerji sisteminin çevik, dayanıqlı və bərpa olunan enerji mənbələrinə uyğunlaşan bir infrastruktur kimi inkişafı istiqamətində atılmış mühüm addımdır”, – nazir qeyd …

Read More »

Ekspert: Azərbaycan daxili istehlaka qənaət edərək, qazı Avropaya satacaq

Ekspertlərin fikrincə, təbii qazı xalqa münasib qiymətə satmaq isə sərf etmir Azərbaycanda çoxmərtəbəli binalarda qaz təchizatının dayandırılması planlaşdırılır. “İstilik təchizatı haqqında” yeni qanun layihəsinə əsasən, bu tip binalara təbii qaz verilişinin dayandırılması və istilik sistemlərinin yenidən qurulması gözlənilir. Nazir müavini Elnur Soltanov Milli Məclisdə bu istiqamətdə keçirilən ictimai dinləmələrdə bildirib ki, yeni qanunla qazdan istifadə edilməyəcək, bununla da çoxmərtəbəli binalarda daha təhlükəsiz …

Read More »

Almaniyanın dövlət enerji təşkilatı SOCAR-la 10 illik müqavilə imzalayıb

Müqaviləyə əsasən, SOCAR tərəfindən SEFE-yə qaz veriləcək Almaniyanın dövlət enerji təşkilatı – SEFE (Securing Energy for Europe) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu gün növbəti 10 il üçün təbii qaz alqı-satqı müqaviləsi imzaladıqlarını açıqlayıblar. Bu müqavilə çərçivəsində SOCAR-dan SEFE-yə tədarüklər 2025-ci ildə başlayacaq. Müqaviləyə əsasən, qaz həcmləri SOCAR tərəfindən SEFE-yə təchiz ediləcək və illik tədarük həcmi mərhələli şəkildə artırılaraq, …

Read More »

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

Bu gün Brüsseldə ədalətli və rəqabətli “yaşıl keçid”ə nail olmaq barədə məsələlərin müzakirə olunacağı “Avropa Dayanıqlı Enerji Həftəsi 2025” (“EUSEW2025”) öz işinə başlayır. “Report”un Avropa bürosunun məlumatına görə, həftə boyu Avropanın siyasi paytaxtında Avropa Komissiyasının təşkilatçılığı ilə müxtəlif tədbirlər, o cümlədən Beynəlxalq Enerji Agentliyinin (IEA) enerji səmərəliliyi üzrə 10-cu illik Qlobal konfransı keçiriləcək. Konfransın iştirakçıları arasında energetika naziri Pərviz Şahbazovun …

Read More »

SOCAR Almaniyanın SEFE şirkəti ilə təbii qaz alışı üzrə müqavilə imzalayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Almaniyanın SEFE (Securing Energy for Europe) dövlət enerji şirkəti arasında təbii qaz alışı üzrə 10 illik müqavilə imzalanıb. Bu barədə SOCAR-dan məlumat verilib. Bildirilib ki, sənədə əsasən, qaz həcmləri SOCAR tərəfindən Avropada SEFE-yə təchiz ediləcək. İllik tədarük həcmi mərhələli şəkildə artırılaraq, 15 TWh-a (terevatt–saat), yəni təxminən 1,5 milyard kubmetrə (bcm) çatdırılacaq. Bu əməkdaşlıq hasilat və …

Read More »

BP Xəzərdə iki kəşfiyyat və işlənmə blokunda pay alıb

BP Xəzərdə iki kəşfiyyat və işlənmə blokunda pay alıb Bu gün BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən iki dəniz kəşfiyyat və işlənmə blokunda iştirak payları almasını başa çatdırıb elan edib. Boyukmillet.com BP şirkətinə istinadən xəbər verir ki, sövdələşməni rəsmiləşdirən sazişlər bu gün BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb. Birinci blok Bakıdan 120 km şərqdə, …

Read More »

Xorvatiyanın Baş naziri Azərbaycanla enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirib

Azərbaycan və Xorvatiya arasında enerji sahəsində əməkdaşlıq uğurla və dinamik şəkildə inkişaf edir. “Report”un Albaniyaya ezam olunmuş müxbirinin məlumatına görə, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç “Avropa Siyasi Birliyi”nin sammiti çərçivəsində jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, iki ölkə arasında həm neft, həm də qaz sahəsində məhsuldar əməkdaşlıq qurulub. “Bakıya səfərlərim zamanı – həm COP29 iqlim konfransı çərçivəsində, həm də …

Read More »