Şənbə , 6 Dekabr 2025

Gündəm

İki QHT sədrinin həbsindən sonra daha birinin axtarışa verildiyi bildirilir

Bütün bunlar hakimiyyətin yenidən açdığı QHT-lərə qarşı cinayət işi üzrə baş verir Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənlinin axtarışa verildiyi bildirilir. Məlumata görə, Sübhan Həsənli Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (ağır …

Read More »

Türk dövlətləri qiymətləndiriciləri Özbəkistanda bir araya gəlir – AQC sədri və rəsmiləri Daşkəndə yola düşüb 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri və Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti paytaxt Daşkənd şəhərində keçirilən Türk Dövlətləri Qiymətləndiricilərinin IV Beynəlxalq Konqresində iştirak etmək üçün Özbəkistana rəsmi səfərə yola düşüblər. AQC-nin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, kollektiv şəkildə Türk Dövlərləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) üzvü olan Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə baş …

Read More »

10 gün əvvəl 10 il həbs istənilən eks məmura şərti cəza təklif edildi

Söhbət “Formula-1” yarışlarının təşkilində 398 min manatlıq yeyintidə təqsirləndirilən Çingiz Mehdiyevdən gedir “Formula-1” yarışlarının təşkilində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin 398 min manatlıq yeyintidə təqsirləndirilən keçmiş şöbə müdiri Çingiz Mehdiyevə bu gün şərti cəza istənilib. Prokuror 10 gün öncə məhkəmədə ona 10 il həbs cəzası istəmişdi. Bu gün keçirilən məhkəmə prosesində isə prokuror istəyində kəskin dəyişiklik edib. Bu dəfə dövlət ittihamçısı …

Read More »

Anar Məmmədli hökumətyönlü mediada haqqında gedən iddialara cavab verib

O, həmin iddiaları cəfəngiyyat və təxəyyülün məhsulu adlandırıb Həbsdə olan insan haqları fəalı, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədli hökumətyönlü mediada haqqında gedən yazıya cavab verib. Bu barədə Anar Məmmədlinin vəkili Fariz Namazlı məlumat verib. Martın 12-də vəkil Fariz Namazlı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Anar Məmmədli ilə görüşüb. Görüş zamanı Anar Məmmədli fevralın 18-də report.az saytında …

Read More »

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi DTX-nin təcridxanasında erməniəsilli şəxslərin saxlanma şəraiti ilə tanış olub

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, onun müavini Elçin Şirinov və hüquqşünas Rövşən Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müvəqqəti saxlanma yeri və istintaq təcridxanasında monitorinqlər keçirib. Tural Hüseynovun Report -a verdiyi xəbərə görə, monitorinq keçirilməsində məqsəd saxlanılan şəxslərin saxlanma şəraiti, onlara qarşı rəftar qaydaları və qida və dərman preparatları ilə təmini və s. olub. O qeyd edib ki, başçəkmə …

Read More »

Beynəlxalq Bankın keçmiş sədrinin həyat yoldaşı Zamirə Hacıyevanın Londondakı mülkləri satışa çıxarılır

1990-cı illərin əvvəlindən fəaliyyət göstərən Qolf klubu bazarda 4,25 milyon funt-sterlinqə satışa çıxarılıb Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda müsadirə olunmuş evi ilə qolf klubunun 19.5 milyon funt sterlinqə satışa çıxarıldığı bildirilir. Bu barədə BBC yazır. Zamirə Hacıyeva Milli Cinayət Agentliyinin (NCA) 6 illik dələduzluq təhqiqatından sonra, 2024-cü ildə Askot şəhərindəki “Mill Ride Golf …

Read More »

Anar AYB-nin qapılarını meyxanaçılara taybatay açdı – yazıçılar “üsyan” edir…

Meyxana ilə ciddi poeziyanın arasında heç bir bağ olmadığı halda, bəzi meyxanaçılar Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istədiklərini bildiriblər. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev mətbuata bildirib ki, təşkilata üzvlük Birliyin nizamnaməsinə uyğun həyata keçirilir: “Meyxanaçılar da AYB-yə üzv olmaq istəyirlərsə, həmin nizamnamə ilə tanış olub üzv olmaq istədikləri ilə bağlı ərizə versinlər. Qəbul komissiyası tərəfindən ərizələrinə baxılacaq”. …

Read More »

Azərbaycan həbsdə olan jurnalist sayına görə ikinci yerdədir

Avropa ölkələrində həbsdə olan 159 jurnalistdən 30-u Azərbaycandadır Avropa Şurasının Jurnalistikanın qorunması və jurnalistlərin təhlükəsizliyi üzrə platforması illik hesabatını yayıb. Martın 5-də dərc olunan “2024: Siyasi təzyiq, dezinformasiya və media müstəqilliyinin aşınması ilə mübarizə” adlı hesabatda bildirilib ki, Azərbaycan həbsdə olan jurnalist sayına görə Avropada Belarusdan sonra ikinci yerdədir. Ötən il dekabrın 31-dək Avropada 159 jurnalist həbsdə olub. Onların 44-ü Belarusun, 30-u …

Read More »

Ağadadaş Ağayevə hökm oxunub

Xalq artistinə qarşı xuliqanlıqda ittiham olunan “Medera Hospitalı”n mühafizəçisinə də cəza verilib Xuliqanlıqda ittiham olunan Xalq artisti, müğənni Ağadadaş Ağayevin işi üzrə məhkəmə prosesi yekunlaşıb. Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda ona hökm oxunub. Hökmə əsasən, Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, 1 il sınaq müddəti təyin olunub və …

Read More »

Azərbaycanda həbsdə olan Ruben Vardanyan aclıq aksiyasına başlayıb

O, bunu “beynəlxalq və Azərbaycan prosessual hüququnun kobud şəkildə pozulmasına cavab” adlandırır Azərbaycanda həbsdə olan milyarder, Qarabağdakı separatçıların keçmiş “dövlət naziri” Ruben Vardanyanın növbəti dəfə aclıq aksiyasına başladığı bildirilir. O, bu barədə fevralın 19-da ailəsi vasitəsilə “Telegram”da yayılan bəyanatında bildirib. Ruben Vardanyan aclıq aksiyasını “beynəlxalq və Azərbaycan prosessual hüququnun kobud şəkildə pozulmasına cavab” adlandırır. “Məhkəmə zalında baş verənləri məhkəmə prosesi adlandırmaq …

Read More »