Cümə , 26 Aprel 2024

Gündəm

Rus hərbçilərin Xankəndində erməni uşaqlara “Şuşa” təbliğatı – FOTOLARDA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiyanın sülhməramlı qüvvələri bölgədə öz missiyasından başqa hər işlə məşğul olur. Ermənistandan ermənilərin zorla gətirilərək ərazidə məskunlaşdırılması, onlar üçün infrastruktur qurulması, sosial təminatlar, o cümlədən, davamlı humanitar yardımlar, ərzaq təminatı və s. Boyukmillet.com xəbər verir ki, rus hərbçilər indi də Xankəndindəki 1 saylı internat məktəbini himayəyə götürüblər.  Sosial cəhətdən aztəminatlı ailələrin uşaqlarının toplandığı məktəbdə ruslar “Gənc …

Read More »

37 ölkə Rusiyaya qarşı birləşdi – Ayın 23-də toplaşırlar

Ukrayna Xarici işlər naziri Dmitri Kuleba Krım Platforması Zirvəsinə qatılacaq ölkələrin sayının 37-yə çatdığını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, Kuleba Tvitterdəki paylaşımında daha 3 Avropa ölkəsinin Krım Platforması Zirvəsinə qatıldığını təsdiqlədiyini bildirib. İştiraklarını təsdiq edən ölkələrin ümumi sayının 37-yə çatdığını deyən Kuleba qeyd edib: “Platformaya beynəlxalq dəstək getdikcə artır, daha çox təsdiq gözləyirik”. Rusiya tərəfindən qanunsuz olaraq ilhaq edilmiş Krımı …

Read More »

Kəlbəcər yenidən ATƏŞƏ TUTULDU

Avqustun 11-i 01:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonu Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən Turkustan.az-a daxil olan xəbərə görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Read More »

Qəbələdə yanğın: helikopter cəlb olundu

Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir. FHN-dən verilən məlumata görə, yanğının söndürülməsini sürətləndirilmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.

Read More »

Xalqı həftəsonu taksilər soyur, həftəiçi BNA…

Ölkəmizdə pandemiya ilə əlaqədar olaraq həftəsonları ictimai nəqliyyatın işləməməsini fürsət bilən taksi sürücüləri vəziyyətdən sui-istifadə edərək həm süni qiymət artımı edir, həm də karantin qaydalarını ciddi şəkildə pozurlar. Məsələn, 2 manatlıq taksilər 5 nəfəri eyni vaxtda avtomobilə maskasız mindirirsə, burada sosial məsafədən söhbət gedə bilməz. Bununla bağlı Axasr.az-a münasibət bildirən millət vəkili Fazil Mustafa qeyd edib ki, həftəsonları ictimai nəqliyyatın …

Read More »

Bakıdan Ankaraya qardaşlıq jesti: Türkiyə bayrağı

Meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunacaq. Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Türkiyə-Azərbaycan qardaşlığını, birlik və bərabərliyini nümayiş etdirmək məqsədilə təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk QHT-ləri də iştirak edəcək. Həmçinin səfirlik və bağlı quruluşların təmsilçiləri ailə üzvləriylə birlikdə bu dəstək və həmrəylik tədbirində iştirak etmək …

Read More »

Bekir Pakdemirli: “Azərbaycanlı yanğınsöndürənlərin fədakarlıqlarını gözlərindən oxudum”

“Türkiyədə günlərdir davam edən şiddətli meşə yanğınları zamanı ölkəmizə dünyanın bir çox ölkələrindən yardımlar gəlib. Ancaq, ən önəmli dəstək və yardımı qardaş Azərbaycandan gördük”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bekir Pakdemirli Muğlada “Böhran mərkəzi”ndə keçirilən iclasdan sonra azərbaycanlı jurnalistlərə verdiyi açıqlamasında deyib. Nazirin sözlərinə görə, Azərbaycan 900 nəfərə yaxın canlı qüvvə və 90-dan çox …

Read More »

Ermənilər KTMT-nin baş katibini Naxçıvanla sərhədə gətirdilər – FOTO

Ermənistanda səfərdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas Naxçıvanla sərhəd olan Erasxa gəlib. Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Zas Azərbaycanla sərhədin cənub-qərb istiqmətindəki mövqelərdə olub. Onu baş qərargah rəisinin müavini Andranik Marqaryan müşaiyət edib. Zas deyib ki, Ermənistan-Azərbaycan sərhəddində vəziyyətin tənzimlənməsi üçün dinc siyasi imkanlar var.

Read More »

Ermənistanın himayədarlarına xəbərdarlıq: “Biz bu məsələni birdəfəlik həll edəcəyik”

Xəbər verdiyimi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.  Son günlərdə Ermənistan silahlı qüvvələrinin aktiv şəkildə Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyəti zonasına yerləşdirilməsi həyata keçirilir. Hərbi ekspert Emin Həsənli Bakıvaxtı.az-a açıqlamasında Ermənistanı himayə edən dövlətlərin onun başına ağıl qoymağa çağırıb. “Əks halda Ermənistanın bölgədə mövcudluğu sual altındadır. Çar …

Read More »

Şoyqu Ermənistan müdafiə nazirini yanına çağırdı

Ermənistan müdafiə naziri Arşak Karapetyan Moskvaya səfər edəcək. Boyukmillet.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Rusiya müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə Moskvaya gedir. Ermənistan müdafiə nazirinin Şoyqu ilə və bir sıra digər şəxslərlə görüş keçirməsi gözlənilir.   

Read More »