“Əfqanıstan İslam Respublikasının Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ bölgəsində Ermənistan və Azərbaycan arasında davam edən şiddətli toqquşmalar nəticəsində insan itkilərinə və dağıntılara görə təəssüfünü və narahatlığını bildirir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Əfqanıstan XİN-in bəyanatında bildirilib. “Dağlıq Qarabağ bölgəsi Azərbaycanın bir hissəsidir və beynəlxalq səviyyədə də belə tanınıb. Əfqanıstan Dağlıq Qarabağın işğalına son qoyulmasını tələb edir və Azərbaycan hökuməti …
Read More »Bakı metrosu adi rejimdə fəaliyyətini davam etdirəcək
Azərbaycan ərazisində hərbi vəziyyət elan olunmasına baxmayaraq “Bakı Metropoliteni” QSC adi rejimdə fəaliyyət göstərəcək. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı metropolitenə xüsusi tapşırıq verilib. Səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”un sorğusuna cavab olaraq xəbəri təsdiq edib: “Bakı metrosu adi rejimdə işləməkdə davam edəcək”. Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, ölkəmizə qarşı …
Read More »Tbilisidə Azərbaycana dəstək aksiyası başlayıb
Tbilisidə Azərbaycana dəstək aksiyası başlayıb. “Report”un yerli bürosu xəbər verir ki, aksiya Heydər Əliyev adına parkda keçirilir. Aksiyaçılar əllərində Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları tutublar. Onlar hərbi vətənpərvərlik musiqi və mahnıların sədaları altında Azərbaycan dövləti və ordusuna, əsgərinə dəstək və “Qarabağ Azərbaycandır!”, “Erməni işğalına son!”, “Səninləyik Azərbaycan” şüarları səsləndirirlər. Təşkilatçılar bildiriblər ki, Gürüstan azərbaycanlıları Azərbaycanı haqq işində dəstəkləyirlər. Onların sözlərinə …
Read More »Türkiyədəki azərbaycanlılar könüllü şəkildə ordu sıralarına yazılır
Türkiyədə yaşayan azərbaycanlı gənclər Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna müraciət edərək könüllü şəkildə ordu sıralarına yazılırlar. Boyukmillet.com-un məlumatına görə, sentyabrın 28-də səhər saatlarından etibarən diplomatik korpusun qarşısına toplaşan və Türkiyənin müxtəlif şəhərlərindən gələn onlarla həmvətənimiz konsulluqda müvafiq qaydada qeydiyyatdan keçiblər. Azərbaycan Ordusuna dəstək vermək üçün diplomatik korpusuna gələnlər arasında türkiyəli gənclər də olub. Baş Konsulluqdan verilən məlumata görə, həm telefonla zəng edən, həm də diplomatik korpusa gələrək …
Read More »Zod-Kəlbəcər yolu bağlandı – Ermənilər təlaş içində
Ermənistan Fövqəladə Hallar Nazirliyi cəbhə bölgəsində başlayan hərbi əməliyyatlarla bağlı təhlükəsizliyi əsas götürərək Zod – Kəlbəcər yolunu bağlayıb. Bu barədə Sputnik Ermənistan xəbər verir. Azərbaycan Ordusunun düşmən təxribatına qarşı işğal olunmuş torpaqlarımız – Qarabağda keçirdiyi cavab tədbirləri erməniləri qorxuya salıb, buna görə də Kəlbəcərə gedən yolu bağlayıblar. Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək …
Read More »Azərbaycan MN: Düşmənin daha iki tankı məhv edilib
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür. Sentyabrın 27-si və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv …
Read More »MN: Ermənistan hərbi komandanlığı öz əsgərlərinin güllələnməsi barədə əmr verib
Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib: “Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub. Məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordusundan fərarilik edən erməni hərbi qulluqçularının tutulub …
Read More »Pakistan Müdafiə Nazirliyindən Azərbaycana dəstək
Pakistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə dəstəyini nümayiş etdirib. Boyukmillet.com xəbər verir ki, Pakistan Müdafiə Nazirliyinin “Facebook” səhifəsində Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda apardığı əməliyyat videoları yayımlanıb, baş verən hadisələrlə bağlı 4 paylaşım edilib.
Read More »Azərbaycanda hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edildi
Milli Məclis bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə sənəd qəbul edib. Trend-in məlumatına görə, hərbi vəziyyətlə əlaqədar Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra şəhərlərdə komendant saatının elan olunması nəzərdə tutulur. Qeyd edək ki, bu gün parlamentin növbədənkənar iclası çağırılıb. İclasda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı …
Read More »Azərbaycanın Hərbi Komandanlığı ermənilərə təslim olmağı təklif etdi – VİDEO
Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Azərbaycan Ordusunun komandanlığı onu da bildirir ki, hərbi əsirlər və mülki girovlarla davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq …
Read More »