Cümə , 3 May 2024

Gündəm

DSX Ağstafada 7 top mərmisi aşkarladı

Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Köhnə Qışlaq kəndi ərazisində 7 ədəd mərminin tapılması barədə məlumat daxil olub. ANAMA-dan “Report”a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili …

Read More »

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı – RƏSMİ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 137  yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Turkustan.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3  nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə  37 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 705  nəfər müalicə olunaraq sağalıb, 548 nəfər vəfat …

Read More »

Cəbhədə gərgin gecə: Tovuz və Gədəbəy…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 65 dəfə pozub.Boyukmillet.com Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində, Vayk …

Read More »

Jurnalistlərin 3-cü binası haqda… KİVDF-dən AÇIQLAMA

Bakının Bibiheybət qəsəbəsində tikilən 3-cü “Jurnalist binası” istifadəyə, demək olar ki, hazırdır. Jurnalistlər Milli Mətbuat günündə evlərin veriləcəyini düşünürdülər, amma belə olmadı.Bu səbəbdən də media nümayəndələrinin bina ilə bağlı müzakirələri səngimək bitmir. Bəziləri mənzillərin verilməsi şərtlərinin dəyişdirildiyini düşünür. “Jurnalist binası”nın açılış mərasiminin dekabr ayında olacağını bildirənlər də var. Hər kəsi “mənzillər nə zaman və hansı şərtlərlə veriləcək” sualı maraqlandırır ki, bununla …

Read More »

Ukrayna səmasında Qarabağ sədası… – VİDEO

Ukraynada “Qarabağ Azərbaycandır” adlı aksiya keçirilib Boyukmillet.com Real Tv-yə istinadla xəbər verir ki, bu gün Ukraynada azərbaycanlılar tərəfindən maraqlı və qeyri-adi aksiya keçirilib. Aksiyanın məqsədi Ukraynanı və ukraynalıları Azərbaycana və Qarabağ məsələsinə cəlb etməkdir.

Read More »

Deputat iki rayonun ləğvindən danışdı: “Bürokratiya, süründürməçilik…”

“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin optimallaşdırılması, şəffaflaşdırılması, onun operativliyinin və səmərəliliyinin yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların mühüm tərkib hissəsidir”. Boyukmillet.com xəbər verir ki, bunu APA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. N. Həmzəyev deyib ki, müxtəlif vaxtlarda yerli və mərkəzi icra orqanlarının strukturu, fəaliyyət istiqamətləri, prinsipləri, vəzifə və öhdəliklərinin dəqiqləşdirilməsi, paralelliyin aradan qaldırılması, qərarların çevik qəbul olunması və …

Read More »

Ramiz Mehdiyevin kürəkəni üzr istədi VİDEO

Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev azadlığa çıxıb. Boyukmillet.com xəbər verir ki, İlham Əliyev açıqlama verərkən qərəzli videoları mətbuata ötürən Aysel Teymurzadəni ittiham edib. Bildirib ki, videonu yayan şəxslərlə bağlı araşdırma aparacaq.İ. Əliyev prezidentdən, vitse-prezidentdən və Azərbaycan xalqından üzr istədiyini deyib, ölkə rəhbərliyindən bağışlanmasını xahiş edib. Qeyd edək ki, Abşeron rayon Məhkəməsi karantin qaydalarını pozduğuna görə İ. Əliyev İnzibati …

Read More »

Rayon yollarındakı postlar ləğv olunur

Xəbər veridiyimiz kimi, mövcud pandemiya şəraiti və sanitar epidemioloji vəziyyətlə əlaqədar olaraq ölkə ərazisində tətbiq olunan sərt karantin rejimi səbəbindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılıb. Boyukmillet.com xəbər verir ki, artıq bu ərazilərdən ölkənin digər bölgələrinə gediş-gəlişlər sentyabrın 8-dən etibarən bərpa olunacaq. Bununla əlaqədar rayon yollarında qoyulmuş postlar da ləğv olunur.

Read More »

Rusiya dayanmaq bilmir: Ermənistana növbəti hərbi dəstək

Rusiya və Ermənistanın silahlı qüvvələrinin baş qərargah rəisləri Moska yaxınlığında görüşüb. Boyukmillet.com bildirir ki, Cebhe.info-nun məlumatına Valeri Gerasimov Onik Qasparyanla hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə edib. “Ölkələrimiz arasında hərbi əməkdaşlıq həm ikitərəfli formatda, həm də beynəlxalq strukturlarda, ilk növbədə KTMT çərçivəsində inkişaf edir”, – deyə Rusiyanın baş qərargah rəisi bildirib. Valeri Gerasimov Ermənistanı Rusiyanın Cənubi Qafqazdakı müttəfiqi və həlledici tərəfdaşı adlandırıb. …

Read More »

“Qurban Məmmədov evləri Abdin Fərzəliyevdən deyil, Kəmaləddin Heydərovdan alıb”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu xaricdən Azərbaycan hakimiyyətinin ünvanına sərt ittihamlar səsləndirən qardaşı Qurban Məmmədovla bağlı iddialara cavab verib.  Sərdar Cəlaloğlunun Yenisabah.az-a danışdıqlarını təqdim etməmişdən öncə yada salaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev və Prezidentin keçmiş köməkçisi Əli Həsənovun Qurban Məmmədova dəstək verməsi barədə iddialar var.  Bildirilir ki,  Qurban Məmmədov Nərimanov rayon icra hakimiyyətinin …

Read More »