Bazar , 19 May 2024
Drone Cameras

Ermənilər Ağdamı da tərk edərkən evləri yandırırlar

Ağdamda qanunsuz məskunlaşan ermənilər oranı tərk edərkən mağaza və evləri yandırırlar.

Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.

Kənddən çıxan Armen adlı sakin agentliyə öz ərzaq mağazası, daha sonra isə evini yandıracağını söyləyib:

“Sabahadək (noyabrın 19-dək – red.) getməyə vaxt verdilər. Hər şeyi aparmaq imkanı yoxdur. Ona görə indi ən doğrusu bunları yandırmaqdır. Türklərə heç nə saxlamayacağam”.

O qeyd edib ki, Boyəhmədli kəndində 10 il öncə məskunlaşıb.

Xatırladaq ki, ermənilər Kəlbəcəri də tərk edərkən oradakı evləri yandırır, ətraf mühitə ziyan verir.

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …