Bazar ertəsi , 8 Dekabr 2025

Gündəm

Azərbaycanlı alimin Brazilyada nəşr edilən jurnalda elmi məqaləsi dərc edildi

Azərbaycanlı alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyevin beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərindən ən nüfuzlu sayılan Web of Science daxil olan və Braziliyada nəşr edilən A kateqoriyalı “A Revista Turismo Estudos & Práticas (RTEP)” jurnalında “31 mart-Azərbaycanlıların soyqırımı” adlı elmi məqaləsi dərc edilib. Boyukmillet.com xəbər verir ki, bu mövzuda Azərbaycanda ilk dəfə beynəlxalq …

Read More »

Daha 400 Azərbaycan vətəndaşı vətənə qayıdıb

Azərbaycan vətəndaşından ibarət 400 nəfərlik qrup sentyabrın 8-də COVID-19 pandemiyası səbəbindən bağlanan Rusiya-Azərbaycan sərhədində yaradılmış xüsusi dəhlizdən keçməklə Vətənə qayıdıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Dərbənd Rayon Administrasiyasının mətbuat xidməti məlumat yayıb. Xatırladaq ki, evinə gedə bilməyən Azərbaycan vətəndaşları üçün Fövqəladə Hallar Nazirliyi Dağıstanın Dərbənd və Məhəmmədkənd rayonlarının sərhədində müvəqqəti yerləşdirmə məntəqəsi açıb. Çadır düşərgəsində və yaxınlıqda …

Read More »

Deputatlar bu gün toplaşır: Nə müzakirə olunacaq?

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib. İclasda 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabat təqdim ediləcək, komitənin 2020-ci il payız sessiyası üçün işlər planına baxılacaq. Komitə üzvləri Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), “Təhsil haqqında” qanunda …

Read More »

“Kontakt Home” şəbəkəsinə karantin qaydalarına görə cərimə yazılıb

“ABC Telekom” MMC (“Kontakt Home” mağazalar şəbəkəsi) barəsində karantin qaydalarına nəzarət etmədiyinə görə inzibati protokol tərtib edilib. Boyukmillet.com xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına …

Read More »

Ermənilər atəşkəs rejimini 51 dəfə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 51 dəfə pozub. Bu barədə Open.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız …

Read More »

Ramiz Mehdiyev və Səttar Möhbalıyev Komissiya üzvlüyündən azad edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sədri və tərkibi dəyişdirilib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Komissiyanın sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev təsdiqlənib. İndiyədək Komissiyanın sədri Ramiz Mehdiyev idi. Bundan başqa, əvvəlki tərkibdə olan Əbülfəs Qarayev (sabiq Mədəniyyət naziri),  Bəxtiyar Əliyev (Milli Məclisin deputatı), Səttar Möhbalıyev (Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri), Elmira Axundova (Milli Məclisin sabiq deputatı Azərbaycanın …

Read More »

“Həyatım boyu Ramiz Mehdiyevlə görüşüm olmayıb, Əli Həsənovla isə…” – Frenk Elkaponi

“İki gün öncə saytlarda gedən “Ramiz Mehdiyev və Əli Həsənovun Qurban Məmmədova bəxş etdiyi mülklər-siyahı” başlıqlı yazının içərisində “Yeri gəlmişkən, Əli Həsənovla Abdin Fərzəliyevin yaxınlığı sirr deyil. Dəfələrlə müəmmalı və gizli şəkildə Rusiyaya birgə səfər ediblər. Keçən ilin may ayında həm həştərxana, həmdə Moskovaya qeyri-rəsmi məxfi səfər ediblər və orada gizli danışıqlar aparıblar. Alkaponi adlı və kriminal keçmişi olan bir …

Read More »

Toyların keçirilməsinə icazə veriləcək – Deputatdan AÇIQLAMA

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bu gündən etibarən qapalı məkanlarda yerində xidmət edilməsinə icazə verilib. Son günlər ardıcıl yumşaldılmaların olması, toyların keçirilməsinə icazə verilməsi məsələsi gündəmə gəlib. Boyukmillet.com xəbər verir ki, millət vəkili Aqil Abbas yoluxma sayında azalma və sağalanların yoluxanları üstələməsinin toyların keçirilməsi üçün şərait yaratdığını bildirib: “Əgər insanların müəyyən məkanlarda bir yerə toplanmasına icazə verilirsə, toylara da icazə …

Read More »

Ermənilərin həyasız müzakirəsi: Goranboyu işğal edək!

İrəvanın Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı separatçı rejimdə inanılmaz işğal müzakirələri gedir. Boyukmillet.com xəbər verir ki, bir neçə gün öncə Qarabağın erməni icmasının gəncləri ilə görüşündə “dqr”in “təhlükəsizlik şurası”nın “katibi” Samvel Babayan Azərbaycan ərazilərinin növbəti işğal planı çərçivəsində Goranboyu ələ keçirməyin “sərfəli olmadığını” deyib. “Sabah müharibə başlasa və uğur qazansaq, biz Şaumyan (Goranboy) rayonunu işğal etməyəcəyik. Çünki nefti olmayan bir bölgədən ötrü …

Read More »

Avropa Məhkəməsi ermənilərin Ramil Səfərovla bağlı iddiasını RƏDD ETDİ

Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın azərbaycanlı zabit Ramil Səfərovla bağlı növbəti iddiasını rədd edib. Boyukmillet.com xəbər verir ki, Ermənistandan olan iki şikayətçi – Budapeştdə Ramil Səfərovun öldürdüyü hərbçi Qurqen Marqaryanın babası Samvel Minosyan və Hayk Mukuçyanın Azərbaycan və Macarıstana qarşı verdiyi şikayət təmin edilməyib. Avropa Məhkəməsi iddiaçıların hadisənin Azərbaycanla bağlı olması barədə iddialarını geri çevirərək, Qurgen Markaryanın öldürülməsini Ramil Səfərovun şəxsi …

Read More »